Tarix:23/01/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sənəd “Azərbaycanla Türkiyə arasında dövlət qulluğunun idarə edilməsinin dəstəklənməsi və inkişafı sahələrində əməkdaşlıq haqda protokol” çərçivəsində imzalanıb.
Azərbaycan tərəfindən sənədi Azərbaycan prezidenti yanında dövlət qulluğu məsələləri üzrə dövlət komissiyasının sədri Bəhram Xəlilov, Türkiyə tərəfindən isə Dövlət kadrlarının idarə edilməsi idarəsinin rəhbəri Mehmet Əli Kumbuzoğlu imzalayıblar.
Fəaliyyət planı Azərbaycan və Türkiyə nümayəndələrinin qarşılıqlı işçi səfərlərin keçirilməsini nəzərdə tutur. Səfərlər çərçivəsində insan resurslarının idarə edilməsində yeni yanaşmalar, dövlət qulluqçularının peşəkar hazırlığı, rotasiya, etik davranışa nəzarət, dövlət qulluqçularının xidmət fəaliyyətinin qiymətləndirilməsi sistemlərinin istifadə edilməsi, dövlət qulluqçularının karyera artımına, dövlət qulluğunun idarə edilməsində “elektron hökumət”in tətbiqinə və s. vacib məsələlərə diqqət yetiriləcək.
Aynur Vəliyeva
Azərbaycanla Türkiyə dövlət qulluğunun idarə edilməsində “elektron hökumət”in tətbiqini nəzərdə tutan sənəd imzalayıblar
Bu gün Bakıda “Azərbaycan Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası ilə Türkiyənin Dövlət Kadrlarının İdarə Edilməsi İdarəsi arasında 2014-2015-ci illərdə əməkdaşlıq üzrə fəaliyyət planı”nın imzalanma mərasimi keçirilib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sənəd “Azərbaycanla Türkiyə arasında dövlət qulluğunun idarə edilməsinin dəstəklənməsi və inkişafı sahələrində əməkdaşlıq haqda protokol” çərçivəsində imzalanıb.
Azərbaycan tərəfindən sənədi Azərbaycan prezidenti yanında dövlət qulluğu məsələləri üzrə dövlət komissiyasının sədri Bəhram Xəlilov, Türkiyə tərəfindən isə Dövlət kadrlarının idarə edilməsi idarəsinin rəhbəri Mehmet Əli Kumbuzoğlu imzalayıblar.
Fəaliyyət planı Azərbaycan və Türkiyə nümayəndələrinin qarşılıqlı işçi səfərlərin keçirilməsini nəzərdə tutur. Səfərlər çərçivəsində insan resurslarının idarə edilməsində yeni yanaşmalar, dövlət qulluqçularının peşəkar hazırlığı, rotasiya, etik davranışa nəzarət, dövlət qulluqçularının xidmət fəaliyyətinin qiymətləndirilməsi sistemlərinin istifadə edilməsi, dövlət qulluqçularının karyera artımına, dövlət qulluğunun idarə edilməsində “elektron hökumət”in tətbiqinə və s. vacib məsələlərə diqqət yetiriləcək.
Aynur Vəliyeva
Baxış sayı: 697
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır