Tarix:24/01/14
ABŞ-da şirkətlər hakimiyyət orqanlarında öz maraqlarının lobbiçiliyinə xərclər haqqında açıq məlumat verərək hər rüb xərclərin həcmi, həm də həll etdikləri məsələlər barədə açıqlama verirlər.
“Google” 2013-cü ildə lobbiçiliyə 14 milyon dollar xərcləməklə “Microsoft” korporasiyasının bu müddət ərzində xərclərini 3,57 milyon dollar ötüb. Bununla belə, “Microsoft” bu məqsədlər üçün 10,49 milyon dollar sərf edərək 2012-ci ilə nisbətdə göstəricini təxminən 30 faiz artırıb. Bundan başqa, ”Facebook” sosial şəbəkəsi ABŞ hakimiyyət orqanları ilə ünsiyyətə xərcləri 61,2 faiz artıraraq bu məqsədlərə 6,43 milyon dollar xərcləyib və texnoloji şirkətlər arasında bu nəticə üzrə dördüncü yeri tutub.
Şirkətlərin öz maraqlarını yürütdüyü məsələlər arasında istifadəçilərin, o cümlədən həddi-buluğa çatmamış şəxslərin məlumatlarının məxfiliyinin mühafizəsi, informasiya təhlükəsizliyi və əqli mülkiyyət hüququnun qorunması, eləcə də vergiqoyma və rəqabətin qorunması məsələləri yer alıb.
2013-cü ildə lobbiçiliyə xərclər üzrə lider şirkətlər onluğuna həmçinin “IBM” (7,06 milyon dollar), “Oracle” (5,99 milyon dollar), "Intel” (4,39 milyon dollar), "Amazon” (3,46 milyon dollar), "Apple” (3,37 milyon dollar), "Cisco” (3,12 milyon dollar) və “Yahoo!” (2,78 milyon dollar) daxildir. Şirkətlərin il ərzində hakimiyyət nümayəndələri ilə fəaliyyətə xərclədikləri ümumi məbləğ 61,15 milyon dollar təşkil edib ki, bu da bir il əvvəldən 16 faiz çoxdur, - "Digit www.digit.ru” yazır.
“Google” ABŞ-da lobbiçiliyə xərcləri azaldıb
“Google” internet şirkətinin 2013-cü ildə ABŞ-da lobbiçiliyə xərcləri əvvəlki illə müqayisədə14,7 faiz azalaraq 14 milyon dollar təşkil etsə də, texnoloji şirkətlər arasında bu göstərici üzrə xərclərin həcminə görə lider olaraq qalıb. Bu barədə ABŞ Nümayəndələr Palatasının saytında dərc olunan sənədlərdə deyilir.ABŞ-da şirkətlər hakimiyyət orqanlarında öz maraqlarının lobbiçiliyinə xərclər haqqında açıq məlumat verərək hər rüb xərclərin həcmi, həm də həll etdikləri məsələlər barədə açıqlama verirlər.
“Google” 2013-cü ildə lobbiçiliyə 14 milyon dollar xərcləməklə “Microsoft” korporasiyasının bu müddət ərzində xərclərini 3,57 milyon dollar ötüb. Bununla belə, “Microsoft” bu məqsədlər üçün 10,49 milyon dollar sərf edərək 2012-ci ilə nisbətdə göstəricini təxminən 30 faiz artırıb. Bundan başqa, ”Facebook” sosial şəbəkəsi ABŞ hakimiyyət orqanları ilə ünsiyyətə xərcləri 61,2 faiz artıraraq bu məqsədlərə 6,43 milyon dollar xərcləyib və texnoloji şirkətlər arasında bu nəticə üzrə dördüncü yeri tutub.
Şirkətlərin öz maraqlarını yürütdüyü məsələlər arasında istifadəçilərin, o cümlədən həddi-buluğa çatmamış şəxslərin məlumatlarının məxfiliyinin mühafizəsi, informasiya təhlükəsizliyi və əqli mülkiyyət hüququnun qorunması, eləcə də vergiqoyma və rəqabətin qorunması məsələləri yer alıb.
2013-cü ildə lobbiçiliyə xərclər üzrə lider şirkətlər onluğuna həmçinin “IBM” (7,06 milyon dollar), “Oracle” (5,99 milyon dollar), "Intel” (4,39 milyon dollar), "Amazon” (3,46 milyon dollar), "Apple” (3,37 milyon dollar), "Cisco” (3,12 milyon dollar) və “Yahoo!” (2,78 milyon dollar) daxildir. Şirkətlərin il ərzində hakimiyyət nümayəndələri ilə fəaliyyətə xərclədikləri ümumi məbləğ 61,15 milyon dollar təşkil edib ki, bu da bir il əvvəldən 16 faiz çoxdur, - "Digit www.digit.ru” yazır.
Baxış sayı: 630
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib