Tarix:24/01/14
Amma bu gün dövlət qurumları tərəfindən göstərilən bütün xidmətlərin elektronlaşdırılması arzusunda olanlar eyni zamanda bu xidmətləri, onlardan istifadə qaydalarını daha təkmil formada görmək istəyirlər. “Hamımızın portalı” adını qazanan “Elektron hökumət” portal istifadəçiləri üçün belə bir imkan yaradıb.
Belə ki, portalda bu məqsədlə sırf vətəndaş mövqeyini nəzərdə tutan “Fikir bankı” yaradılıb. Bankdan istifadəyə gəlincə, internet istifadəçisi olan istənilən şəxs portalın “Fikir bankı”na (https://www.e-gov.az/teklifler/) daxil olub, orada “Elektron hökumət”lə bağlı mümkün ola biləcək istənilən məsələni təklif kimi qeyd edə bilər. Vətəndaşın verdiyi ideya və təklif saytın idarəçiləri tərəfindən təsdiqlənir. Təsdiqlənmə prosesi başa çatdıqdan sonra təklif saytda yerləşir.
Digər istifadəçilər üçün də açıq olan bu təklifə istənilən şəxsin münasibət bildirməsinə də şərait yaradılıb. Belə ki, saytda təklifi görən ziyarətçilər üçün iki düymə mövcuddur. Bu düymələrdən biri “bəyənmək”, digəri isə “bəyənməmək” adlanır. Ümumi olaraq internet istifadəçiləri bu iki düymə vasitəsilə saytda göstərilən təkliflərə, öz rəylərini bildirə bilərlər. “Elektron hökumət”in daha da təkmilləşdirilməsinə maraq göstərən internet istifadəçiləri “Fikir bankı”nda təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya “Facebook” hesabı ilə autentifikasiya olunmalıdırlar.
Qeyd edək ki, “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan məsafəni maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayı və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.
Vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir.
Həqiqət İSABALAYEVA
“Elektron hökumət” portalını daha təkmil görmək istəyənlər rəy və istəklərini “Fikir bankı”na göndərə bilərlər
“Elektron hökumət” portalı üzərindən heç olmasa bir dəfə hər hansı elektron xidmətdən yararlanan istifadəçi prosesin sadə, rahat, şəffaf olmasını məmnuniyyətlə qarşılayır.Amma bu gün dövlət qurumları tərəfindən göstərilən bütün xidmətlərin elektronlaşdırılması arzusunda olanlar eyni zamanda bu xidmətləri, onlardan istifadə qaydalarını daha təkmil formada görmək istəyirlər. “Hamımızın portalı” adını qazanan “Elektron hökumət” portal istifadəçiləri üçün belə bir imkan yaradıb.
Belə ki, portalda bu məqsədlə sırf vətəndaş mövqeyini nəzərdə tutan “Fikir bankı” yaradılıb. Bankdan istifadəyə gəlincə, internet istifadəçisi olan istənilən şəxs portalın “Fikir bankı”na (https://www.e-gov.az/teklifler/) daxil olub, orada “Elektron hökumət”lə bağlı mümkün ola biləcək istənilən məsələni təklif kimi qeyd edə bilər. Vətəndaşın verdiyi ideya və təklif saytın idarəçiləri tərəfindən təsdiqlənir. Təsdiqlənmə prosesi başa çatdıqdan sonra təklif saytda yerləşir.
Digər istifadəçilər üçün də açıq olan bu təklifə istənilən şəxsin münasibət bildirməsinə də şərait yaradılıb. Belə ki, saytda təklifi görən ziyarətçilər üçün iki düymə mövcuddur. Bu düymələrdən biri “bəyənmək”, digəri isə “bəyənməmək” adlanır. Ümumi olaraq internet istifadəçiləri bu iki düymə vasitəsilə saytda göstərilən təkliflərə, öz rəylərini bildirə bilərlər. “Elektron hökumət”in daha da təkmilləşdirilməsinə maraq göstərən internet istifadəçiləri “Fikir bankı”nda təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya “Facebook” hesabı ilə autentifikasiya olunmalıdırlar.
Qeyd edək ki, “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan məsafəni maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayı və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.
Vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 897
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib