12px13px15px17px
Tarix:24/01/14

Bu il Azərbaycanda internet mediası ilə bağlı geniş tədbirlər keçiriləcək

Azərbaycan Mətbuat Şurası 2014-cü ili “İnternet mediası ili” elan edib. "ICTnews.az"ın məlumatına görə, bununla bağlı adıçəkilən şuranın sədri Əflatun Amaşov mətbuata açıqlama verib. Onun sözlərinə görə, cari ildə internet mediası ilə əlaqədar böyük tədbirlər və konfranslar keçiriləcək.
 
Ə.Amaşov əlavə edib ki, sözügedən tədbirlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunacaq: “Novruz Bayramınadək Mətbuat Şurası plagiatlıqla bağlı da böyük tədbir keçirəcək. Çünki Mətbuat Şurasına daxil olan şikayətlərin bir hissəsi məhz informasiya oğurluğu ilə bağlıdır”.
 
 
Qeyd edək ki, informasiya əsrində bütün dünya üzrə bu cür oğurluqların tez-tez  baş verdiyini müşahidə edirik. Onların sayının azaldılması istiqamətində hər bir insan addım atmalıdır. Çünki bu, ayrıca bir şəxsin və ya təşkilatın təkbaşına həyata keçirə biləcəyi fəaliyyət deyildir.
 
SEYMUR



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024