12px13px15px17px
Tarix:24/01/14

Azərbaycan prezidenti “Microsoft International” şirkətinin prezidenti ilə görüşüb

Azərbaycanın prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində  "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb.
 
"ICTnews" xəbər xidmətinin "www.president.az" saytına istinadən verdiyi məlumata əsasən, görüşdə Azərbaycan ilə "Microsoft International" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olunub.
 
Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirilib. Həmçinin "Microsoft"un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulanıb.
 



Baxış sayı: 1221

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024