Tarix:25/01/14
İstintaqın versiyasına görə, 27 yaşlı Xanter Mur və 24 yaşlı Çarlz Evens Kaliforniya ştatının sakinlərinin kompüter və elektron poçt qutularına müdaxilə edərək fotoşəkilləri ələ keçiriblər. Mur saytın sahibi, Evens isə muzdla tutulmuş hakerdir. Bir neçə yüz insan cinayətkarların "qurban"ı olub.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Mur və Evensə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb.
İttihamların məcmusu üzrə onları həbs cəzası gözləyir.
Müstəntiqlər deyiblər ki, ələ keçirilmiş fotoşəkillər orda təsvir edilmiş insanların razılığı olmadan dərc edilib ki, bu da ayrıca qanun pozuntusu hesab edilir.
Fotoşəkildə təsvir edilmiş insanların icazəsi olmadan açıq-saçıq fotonun nəşrini qadağan edən qanun Kaliforniyada 1 oktyabr 2013-cü il tarixində qüvvəyə minib. Sözügedən qanunun qəbulu "porno qisas" (insanlar keçmiş sevgililərinin açıq-saçıq fotoşəklini internetə yerləşdirirlər) halının geniş yayılması ilə bağlıdır.
Emil Hüseynov
ABŞ-da internetin ən çox nifrət oyadan istifadəçisi həbs edilib
"BBC News" yazır ki, ABŞ-da qisas, şantaj və qorxutma məqsədi ilə insanların açıq-saçıq fotoşəklini dərc etmiş saytın sahibləri həbs edilib.İstintaqın versiyasına görə, 27 yaşlı Xanter Mur və 24 yaşlı Çarlz Evens Kaliforniya ştatının sakinlərinin kompüter və elektron poçt qutularına müdaxilə edərək fotoşəkilləri ələ keçiriblər. Mur saytın sahibi, Evens isə muzdla tutulmuş hakerdir. Bir neçə yüz insan cinayətkarların "qurban"ı olub.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Mur və Evensə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb.
İttihamların məcmusu üzrə onları həbs cəzası gözləyir.
Müstəntiqlər deyiblər ki, ələ keçirilmiş fotoşəkillər orda təsvir edilmiş insanların razılığı olmadan dərc edilib ki, bu da ayrıca qanun pozuntusu hesab edilir.
Fotoşəkildə təsvir edilmiş insanların icazəsi olmadan açıq-saçıq fotonun nəşrini qadağan edən qanun Kaliforniyada 1 oktyabr 2013-cü il tarixində qüvvəyə minib. Sözügedən qanunun qəbulu "porno qisas" (insanlar keçmiş sevgililərinin açıq-saçıq fotoşəklini internetə yerləşdirirlər) halının geniş yayılması ilə bağlıdır.
Emil Hüseynov
Baxış sayı: 1090
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib