12px13px15px17px
Tarix:25/01/14

Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə yaradılmış genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib.

Forum Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dünya İqtisadi Forumunun və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
 
Tədbirdə 50 ölkənin dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Forumda Ruanda Prezidenti Pol Kaqame genişzolaqlı internetin müasir dünyadakı rolundan danışmış, bu istiqamətdə ölkələrin qarşılıqlı əməkdaşlığının, təcrübə mübadiləsinin zəruriliyini qeyd edib.
 

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture rəhbərlik etdiyi təşkilatın genişzolaqlı internetin inkişafı istiqamətində apardığı işlərdən və bir sıra ölkələrin təcrübələrindən danışıb. Bu baxımdan Azərbaycan hökumətinin də ölkəni yüksək sürətli internetlə təmin edəcək təşəbbüsünü yüksək qiymətləndirib.
 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunda qazanılmış uğurlardan, xüsusilə yüksək sürətli internetin inkişafından danışıb və bu Komissiya vasitəsilə müsbət təcrübə mübadiləsinin aparılacağını bildirib.

Tədbirin iştirakçıları genişzolaqlı internetin inkişafı ilə bağlı müzakirələrə qatılıb, bu istiqamətdə dövlət-özəl sektor platformasının tətbiqinin vacibliyini qeyd edib, bu forumun növbəti illərdə də bu formatda davam etdirilməsi tövsiyə olunub.
 



Baxış sayı: 1201

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Dekabr 2024

27 12 2024