12px13px15px17px
Tarix:25/01/14

İnformasiya Texnologiyaları İnstitutu İKT təlimlərini davam etdirir

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu 10-22 yanvar tarixlərində Astara rayonunda orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün İKT üzrə treninq kursları təşkil edib.
 
İnstitutdan verilən məlumata görə, layihənin məqsədi bu rayonda İKT sahəsində milli kadrların hazırlanması, mütəxəssislərin və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir informasiya texnologiyalarının öyrənilməsində potensialının artırılmasıdır.
 
Təlim kursları Astara rayonu Heydər Əliyev Mərkəzində müasir kompüter və avadanlıqlarla təchiz edilmiş siniflərdə aparılıb. Təlimə Astara rayonu və kəndlərinin orta ümümtəhsil məktəblərinin 37 informatika və fənn müəllimi cəlb edilib. Tədris zamanı informatika fənni üzrə nəzəri və praktiki biliklər aşılanıb.
 
Qeyd edək ki, ikinci mərhələsi başa çatmış layihənin daha bir mərhələdə keçiriləcəyi və biliklərin xüsusi test proqramı ilə sertifikatlaşdırılacağı nəzərdə tutulur.
 
CAHANGİR



Baxış sayı: 725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024