12px13px15px17px
Tarix:27/01/14

“Samsung” və “Google” arasında qlobal patent sazişi imzalanıb

Cənubi Koreyanın “Samsung Electronics” və ABŞ-ın “Google” şirkətləri qlobal patent alyansının yaradılması haqqında razılığa gəldiklərini rəsmən bəyan ediblər. İmzalanmış saziş iki şirkətin mobil texnologiyalar sahəsində bir-birinin patent hüququndan istifadəsini nəzərdə tutur. Hazırda  “Samsung” və “Google” “Android” əməliyyat sistemi həlləri bazarının nəhəng oyunçuları hesab edilir.  

Maliyyə şərtləri açıqlanmayan saziş 10 il müddətinə imzalanıb və iki şirkətə məxsus patentləri əhatə edir. Tərəflər söhbətin məhz mobil texnologiya patentləri və ya ümumiyyətlə, patentlər haqqında getməsi barədə məlumat vermirlər. Şirkətlərin rəsmi bəyanatında deyilir ki, saziş şirkətlərə hazırkı və gələcək layihələr üzrə tədqiqat və işləmələr sahəsində əməkdaşlığı genişləndirməyə imkan verəcək.


“Saziş əsasında fəaliyyət göstərməklə şirkətlər potensial patent təqibləri risklərini azalda və diqqətlərini innovasiyalara yönəldə bilər”, - "Google” şirkətinin patent hüququ məsləhətçisinin müavini Allen Lo bildirib. “Samsung” nümayəndələri bildiriblər ki, şirkət əvvəllər oxşar saziş imzalayıb və onlar öz effektivliyini sübut edib. “Biz qəti əminik ki, sahəyə daha çox uğuru məhkəmə mübahisələri deyil, əməkdaşlıq gətirir”, - şirkətdən qeyd edilib, - "Cybersecurity www.cybersecurity.ru” yazır.


 
 



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024