“Coca-Cola” və “Microsoft” şirkətlərində məlumat itkisi baş verib
“Coca-Cola” onun 74 min işçisi haqda məlumatlar toplanan noutbukların oğurlanmasını bildirib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət artıq məlumatları oğurlanmış 18 min nəfərə bu haqda məlumatlandırmaq niyyəti ilə məktublar göndərib. Bildirilib ki, noutbuklarda, həmçinin naməlum üçüncü tərəfin məlumatları olub.
Məktubda şirkət baş vermiş məlumat itkisinə görə üzr istəyib və bildirib ki, şəxsi məlumatların qorunması üçün tədbirlər görür və birillik pulsuz hüquqi mühafizə xidmətləri göstərməyə hazırdır.
“Microsoft” şirkəti öz növbəsində fişinq hücumu nəticəsində onun hökumət sifarişləri ilə bağlı sənədlərinin oğurlanmasını bildirib. Şirkət bildirib ki, hücum nəticəsində şirkətin işçiləri haqda bəzi məlumatlar oğurlanıb, lakin müştəri məlumatlarının etibarlılığına xələl yetirilməyib.
Qeyd edək ki, ötən həftə “Microsoft”un bloqu “Misir elektron ordusu”nun hakerləri tərəfindən hücuma məruz qalıb, lakin bu iki insidentin bir-biri ilə bağlılığı haqda heç bir məlumat yoxdur. Bir müddət öncə Misir hakerləri “Microsoft” şirkətinin “Skype” və digər kommunikasiya aktivlərinə hücum edib.
Aynur Vəliyeva
Baxış sayı: 718
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır