12px13px15px17px
Tarix:27/01/14

“IDC” analitikləri “ağıllı” şəhərlərin inkişafını proqnozlaşdırır

"IDC" analitikləri hesab edirlər ki, 2014-cü ildə "ağıllı" şəhər layihələri üzrə tədqiqat və ilkin qiymətləndirmə mərhələsindən pilot layihələri və təşkilat strukturlarına sərmayə yatırılması mərhələsinə keçid sürətlənəcək.
 "osp.ru" saytı bildirir ki, yanvarın 23-də "IDC Government Insights" bölməsi "ağıllı" şəhər sistemlərinin inkişafına həsr edilmiş veb-konfrans keçirib. Analitiklər bu il üçün 10 proqnoz formalaşdırıblar.

2014-cü ildə dünya şəhərlərinin 15%-i "ağıllı" şəhər layihələrinin ikinci mərhələsinə qədəm qoyacaq. Bu mərhələdə şəhər təsərrüfatı departamentlərinin "ağıllı" şəhər hazırlanması sahəsində fəal əməkdaşlığı başlanır. Ümumi dil yaranır, mümkün maneələr müəyyən edilir, maraqlı şəxslər isə formalaşdırılan strategiya üzrə hərəkət etməyə başlayırlar.

Departamentlər səviyyəsində innovasiyalar üçün əsas mənbələrdən biri "kölgəli" İT olacaq. Lakin "ağıllı" şəhər layihələrinin həyata keçirilməsi ona görə ləngiyə bilər.

Mobil texnologiyalar vətəndaşların şəhər sistemlərinə çoxkanallı çıxış təminatı üçün əsas vasitə olacaq.
Qərarların qəbulu zamanı açıq məlumat bazaları və proqram interfeysləri mühüm amil olacaq.
"Əşyaların İnterneti" texnologiyasına sərmayə yatırımı 265 milyon dollara çatacaq. "Ağıllı" şəhər layihələri üçün ayrılmış xərclərin 15-20%-i "bulud" sistemlərinə keçiriləcək.

Böyük həcmli məlumatların təhlili 45% hallarda  maliyyə, ictimai təhlükəsizlik və nəqliyyat sektoruna tətbiq ediləcək.

Bazarda rəqabət artacaq və buna görə də şirkətlərin birləşməsini və onların birgə fəaliyyətini gözləmək lazımdır.

Emil Hüseynov



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024