Tarix:27/01/14
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cari rüb ümumi tədarük həcminin 29%-i "iPad" planşetinin payına düşəcək.
Əməliyyat sistemləri (ƏS) nöqteyi-nəzərindən "Android" mobil ƏS-i ilə işləyən modellər üçün lider olaraq qalacaq: onların payı 50,5% təşkil edəcək. İkinci yerdə "iOS" platforması ilə işləyən qurğular (44.1%) qərarlaşıb. "Windows" ilə işləyən planşetlərin bazar payı 5,4% səviyyəsində gözlənilir.
Form-faktorlar üzrə 7 və 7.9 düym diaqonallı ekranla təchiz edilmiş modellər üstünlük təşkil edir. "Digitimes Research"in proqnozuna görə onların payı müvafiq olaraq 24,8% və 20,2% təşkil edəcək.
Brend şirkətlər arasında qüvvələr nisbəti aşağıdakı kimi olacaq: "Apple" (29%), "Samsung Electronics" (23,1%), "Lenovo" (4,7%), "Asustek Computer" (2,7%), "Amazon" (1%), "Acer" (1%), "Microsoft" (0,9%), "Dell" (0,8%) ,"Google" (0,5%) və "Hewlett-Packard" (0,5%).
Həmçinin bildirilib ki, firma planşetlərinin 55,1%-i və ya 22,5 milyon ədədi Tayvanın ODM/OEM şirkətləri tərəfindən buraxılacaq.
Emil Hüseynov
Planşetlər bazarında azalma gözlənilir
"Digitimes Research" analitik şirkətinin ekspertlərinin proqnozuna görə, 2014-cü ilin birinci rübündə qlobal bazara ümumilikdə 62,1 milyondan çox planşet tədarük ediləcək ki, bu da ötən ilin son rübü ilə müqayisədə 20,8% aşağıdır. Eyni zamanda proqnoza əsasən, illik hesablama üzrə dinamika müsbət olacaq."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cari rüb ümumi tədarük həcminin 29%-i "iPad" planşetinin payına düşəcək.
Əməliyyat sistemləri (ƏS) nöqteyi-nəzərindən "Android" mobil ƏS-i ilə işləyən modellər üçün lider olaraq qalacaq: onların payı 50,5% təşkil edəcək. İkinci yerdə "iOS" platforması ilə işləyən qurğular (44.1%) qərarlaşıb. "Windows" ilə işləyən planşetlərin bazar payı 5,4% səviyyəsində gözlənilir.
Form-faktorlar üzrə 7 və 7.9 düym diaqonallı ekranla təchiz edilmiş modellər üstünlük təşkil edir. "Digitimes Research"in proqnozuna görə onların payı müvafiq olaraq 24,8% və 20,2% təşkil edəcək.
Brend şirkətlər arasında qüvvələr nisbəti aşağıdakı kimi olacaq: "Apple" (29%), "Samsung Electronics" (23,1%), "Lenovo" (4,7%), "Asustek Computer" (2,7%), "Amazon" (1%), "Acer" (1%), "Microsoft" (0,9%), "Dell" (0,8%) ,"Google" (0,5%) və "Hewlett-Packard" (0,5%).
Həmçinin bildirilib ki, firma planşetlərinin 55,1%-i və ya 22,5 milyon ədədi Tayvanın ODM/OEM şirkətləri tərəfindən buraxılacaq.
Emil Hüseynov
Baxış sayı: 696
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır