Tarix:27/01/14
“British Council” bu vacib məqsədin icrasında öz töhfəsini verməyə hazırdır. Biz istəyirik ki, yeni, innovativ tədris resurslarını Azərbaycana gətirək və buradakı həmkarlarımızı, innovativ müəllimləri onlarla tanış edək. Həmçinin geniş, beynəlxalq şəbəkələrə, əlaqələrə imkan yaratmaq istəyirik. Bu fikri “British Council”un Avropa regionu üzrə direktoru Maykl Börd bildirib. Onun sözlərinə görə, Azərbaycanda qurumun əsas prioritetləri ingilis dilinin tədrisi və onun genişləndirilməsidir:
“Çünki bu proses ölkədə təhsil və iqtisadi imkanları artıracaq, eyni zamanda Böyük Britaniya ilə Azərbaycan arasında daha sıx əlaqələrə gətirib çıxaracaq. Biz Azərbaycan təhsil sisteminə islahat üçün təməl olacaq təcrübə və ideyaları gətirmək istəyirik. Bu, ölkələrimiz arasında güvən və etibarlılığı təmin edəcək.
“İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə gəlincə, onun məqsədi ingilis dili tədrisinə informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi və Azərbaycan təhsilinin keyfiyyətini bu yolla artırmaqdır. İnanırıq ki, layihə innovativ tədris resurslarını inkişaf etdirəcək, eyni zamanda Azərbaycan üçün iqtisadi fayda gətirəcək”.
Maykl Börd layihənin əhatə dairəsinin genişləndiriləcəyini də qeyd edib: “Bu layihə ilk olaraq Azərbaycanda başlayır. Amma hazırda onun daha geniş şəkildə bölgədə yayılması və gələcəkdə Gürcüstan və Orta Asiya ölkələrində tətbiqi üçün müzakirələrə başlanılıb”.
Həqiqət İSABALAYEVA
“British Council”un Avropa regionu üzrə direktoru Maykl Börd: “Yeni, innovativ tədris resurslarını Azərbaycana gətirmək istəyirik”
Milli təhsil strategiyasına əsasən, Azərbaycan hökuməti təhsil sahəsində standartların artırılması və təkmilləşdirilməsinə nail olmağa çalışır. Bu da insan kapitalının inkişafı, yeni təlim metodologiyalarının təkmilləşdirilməsi, kurrikulum və digər innovativ məqamları da özündə əks etdirir.
“British Council” bu vacib məqsədin icrasında öz töhfəsini verməyə hazırdır. Biz istəyirik ki, yeni, innovativ tədris resurslarını Azərbaycana gətirək və buradakı həmkarlarımızı, innovativ müəllimləri onlarla tanış edək. Həmçinin geniş, beynəlxalq şəbəkələrə, əlaqələrə imkan yaratmaq istəyirik. Bu fikri “British Council”un Avropa regionu üzrə direktoru Maykl Börd bildirib. Onun sözlərinə görə, Azərbaycanda qurumun əsas prioritetləri ingilis dilinin tədrisi və onun genişləndirilməsidir:
“Çünki bu proses ölkədə təhsil və iqtisadi imkanları artıracaq, eyni zamanda Böyük Britaniya ilə Azərbaycan arasında daha sıx əlaqələrə gətirib çıxaracaq. Biz Azərbaycan təhsil sisteminə islahat üçün təməl olacaq təcrübə və ideyaları gətirmək istəyirik. Bu, ölkələrimiz arasında güvən və etibarlılığı təmin edəcək.
“İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə gəlincə, onun məqsədi ingilis dili tədrisinə informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi və Azərbaycan təhsilinin keyfiyyətini bu yolla artırmaqdır. İnanırıq ki, layihə innovativ tədris resurslarını inkişaf etdirəcək, eyni zamanda Azərbaycan üçün iqtisadi fayda gətirəcək”.
Maykl Börd layihənin əhatə dairəsinin genişləndiriləcəyini də qeyd edib: “Bu layihə ilk olaraq Azərbaycanda başlayır. Amma hazırda onun daha geniş şəkildə bölgədə yayılması və gələcəkdə Gürcüstan və Orta Asiya ölkələrində tətbiqi üçün müzakirələrə başlanılıb”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 809
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib