12px13px15px17px
Tarix:27/01/14

Mobil kompüter və smartfonlarda yüksəksürətli “Wi-Fi” tətbiq olunacaq


“IHS” analitik şirkəti mütəxəssislərinin proqnozuna görə, yaxın beş ildə smartfon və mobil kompüterlər yüksəksürətli simsiz rabitəni təmin edən inteqral sxemlərin tətbiq olunacağı başlıca sahələr olacaq.

Proqnozlara görə, 2013-2018-ci illərdə mobil fərdi kompüter istehsalçıları 2,5 milyard dollar dəyərində 400 milyondan çox mikrosxem alacaqlar. 260 milyon dollar dəyərində daha 80 milyon belə mikrosxem smartfonlar bazarına tədarük ediləcək.

“IHS”-in qiymətləndirməsinə əsasən, 2018-ci ildə dünyada yüksəksürətli "Wi-Fi” texnologiyasını dəstəkləyən 125 milyon mobil fərdi kompüter və 36 milyon smartfon buraxılacaq.

Yüksəksürətli simsiz rabitəni dəstəkləyən qurğular dedikdə “WirelessHD”, “WHDI”, “802.11ad” (WiGig) və ya çoxaxınlı “Wi-Fi” (802.11n 3x3 və ya 802.11ac 2x2 və daha yuxarı) kimi texnologiyaların ən azı birinin istifadə olunduğu qurğular başa düşülür. Qeyd edilən simsiz rabitə standartları məlumatları “802.11n” və “Wi-Fi”-ın əvvəlki versiyaları ilə müqayisədə bir neçə dəfə daha sürətli ötürülməsini təmin edir.

Mütəxəssislər yüksəksürətli “Wi-Fi”ı dəstəkləyən qurğuların həm istehlak, həm də korporativ sektorda geniş yayılacağını gözləyirlər. Onlar vasitəsilə istifadəçilər məlumatları daha sürətli mübadilə edə, eləcə də “HD” formatlı videonu fərdi kompüter və smartfonlardan televizora ötürə biləcəklər, - tədqiqatda qeyd olunur, - “DailyComm www.dailycomm.ru” yazır.    
 



Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024