12px13px15px17px
Tarix:28/01/14

İnternetdə təhlükəsizliyin təmini üzrə beynəlxalq təşkilat yaratmağı təklif edilib

İsrailin baş naziri Benyamin Netanyahu internetdə təhlükəsizliyin təmini üzrə beynəlxalq təşkilat yaratmağı təklif edib. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat verib. Baş nazirin sözlərinə görə, yeni təşkilat Birləşmiş Millətlər Təşkilatı (BMT) şəklində və üsulunda fəaliyyət göstərməlidir.
 
“İnterneti mühafizə etmək üçün bizim BMT-yə bənzər təşkilata ehtiyacımız var. Bu, hökumət nümayəndələri və nəhəng texnoloji şirkət rəhbərlərindən ibarət koalisiya olmalıdır”, - İsrail baş naziri Tel-Əvivdə keçirilən kibertəhlükəsizlik üzrə beynəlxalq “Cybertech-2014” konfransının açılışında çıxışı zamanı belə deyib.
 
B. Netanyahu qeyd edib ki, yalnız belə beynəlxalq orqanın yaradılması interneti xilas etməyə, eləcə də müasir kiberməkanın başlıca problemi olan  fərdi məlumatların təhlükəsizliyi üzrə təhdidlərin öhdəsindən gəlməyə imkan verəcək. 
 
Xatırladaq ki, baş nazir internet və informasiya texnologiyalarının inkişafı mövzusunu bir neçə gün əvvəl Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışında da qaldırıb və nəhəng internet şirkətlərini İsrailin İT sektorunda birgə fəal əməkdaşlığa və ölkədən “tədqiqat inkubatoru” kimi istifadə etməyə çağırıb, - "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024