Tarix:28/01/14
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, bu yaxınlarda Böyük Britaniyanın mədəniyyət naziri Mariya Miller intihar üsullarından danışan məzmunun bloklanması sisteminin sosial şəbəkələrə inteqrasiyası təklifi ilə çıxış edəcək.
Məlumatlara əsasən, Miller "Facebook", "Twitter" və "Tumblr" kimi saytlardan təhlükəli məzmunu tapmağı və silməyi tələb edəcək. Hazırda adı çəkilən resurslar intihar haqqında informasiyadan ibarət bu və ya digər postu istifadəçilərin şikayətləri əsasında məhdudlaşdıra bilirlər.
Ehtimal ki, nazir bu yaxınlarda 15 yaşlı London sakini Talula Uilsonun intiharına görə hiddətlənib. Qız "Sent-Pankras" stansiyasında özünü qatarın altına atıb. Anasının sözlərinə görə, Sara Uilson ölümündən əvvəl "Tumblr" saytında intiharlar haqqında bloqlara daxil olub.
Böyük Britaniyanın qüvvədə olan qanunvericiliyi saytlardan qanuna zidd məzmunu (həmçinin intihar haqqında məlumatları) silməyi tələb etməyə icazə verir. Lakin bu qanun yalnız KİV və nəşriyyatlara aiddir. İstifadəçi məzmununun yerləşdirilməsi üçün meydança rolunda xidmət edən sosial platformalar bu qanundan azaddırlar.
Emil Hüseynov
Böyük Britaniya hakimiyyəti sosial şəbəkələrdən intihar təbliğatı ilə daha aktiv mübarizə aparmağı xahiş edəcək
"The Guardian" nəşri yazır ki, Böyük Britaniya hakimiyyəti "Facebook" və "Twitter"dən intihar təbliğatı ilə daha aktiv mübarizə aparmağı tələb edir."ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, bu yaxınlarda Böyük Britaniyanın mədəniyyət naziri Mariya Miller intihar üsullarından danışan məzmunun bloklanması sisteminin sosial şəbəkələrə inteqrasiyası təklifi ilə çıxış edəcək.
Məlumatlara əsasən, Miller "Facebook", "Twitter" və "Tumblr" kimi saytlardan təhlükəli məzmunu tapmağı və silməyi tələb edəcək. Hazırda adı çəkilən resurslar intihar haqqında informasiyadan ibarət bu və ya digər postu istifadəçilərin şikayətləri əsasında məhdudlaşdıra bilirlər.
Ehtimal ki, nazir bu yaxınlarda 15 yaşlı London sakini Talula Uilsonun intiharına görə hiddətlənib. Qız "Sent-Pankras" stansiyasında özünü qatarın altına atıb. Anasının sözlərinə görə, Sara Uilson ölümündən əvvəl "Tumblr" saytında intiharlar haqqında bloqlara daxil olub.
Böyük Britaniyanın qüvvədə olan qanunvericiliyi saytlardan qanuna zidd məzmunu (həmçinin intihar haqqında məlumatları) silməyi tələb etməyə icazə verir. Lakin bu qanun yalnız KİV və nəşriyyatlara aiddir. İstifadəçi məzmununun yerləşdirilməsi üçün meydança rolunda xidmət edən sosial platformalar bu qanundan azaddırlar.
Emil Hüseynov
Baxış sayı: 725
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib