12px13px15px17px
Tarix:28/01/14

Kredit verilməsi prosesini asanlaşdırmaq üçün “Elektron hökumət” portalından sərfəli təklif

Bir neçə gün əvvəl KİV-də və cəmiyyətdə xüsusi rezonans doğuran hadisələrdən biri Azərbaycan Respublikasının Mərkəzi Bankının ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul, kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını məhdudlaşdırması oldu.
 
 
Bu gün iş yerindən rəsmi arayışla kredit götürmək istəyən vətəndaşların işinin daha da asanlaşdırılması üçün çox maraqlı bir mexanizm hazırlamaq olar.
 
Müəssisənin əməkdaşlıq etdiyi banklarla DSMF arasında “Elektron hökumət” portalı vasitəsilə xüsusi bir əlaqə yaratmaq mümkündür. Vəziyyətə bir qədər də aydınlıq gətirək. İstər dövlət, istərsə də özəl sektorda çalışan hər bir işçi ilə qarşı tərəf arasında ya əmək müqaviləsi, ya da xidməti müqavilə imzalanır.
 
İşçinin əməkhaqqından vergi qanunvericiliyinə əsasən, hər ay 14%, hesablanmış məbləğ 2500 manatdan çox olanda isə daha artıq vergi tutulur. Sosial sığorta haqqında qanuna görə isə əməkhaqqından asılı olmayaraq hər ay 3% işçidən, 22% müəssisədən, ümumilikdə 25% Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən sosial sığorta haqqı tutulur.
 
Əslində, əməkhaqqını kartla alan hər bir işçi üçün əvvəlcədən onun adına bankda xüsusi hesab açılır. Hər ay müəssisə işçiyə əməkhaqqı verdikdə, bu pul onun bankda adına olan fərdi hesabına köçürülür.
 
Müəssisə tərəfindən işçinin əməkhaqqından hər ay vergi və DSMF üçün pul tutur, hər rüb hesabat verilir, ancaq bunun yekun hesabatı yalnız ildə bir dəfə illik olaraq müəssisə tərəfindən təqdim edilən göndərişdən sonra, DSMF tərəfindən hər bir işçinin “Dövlət sosial sığorta şəhadətnaməsi”nə” köçürülür. Bu proses isə DSMF tərəfindən xüsusi B3 formasına əsasən həyata keçirilir.
 
 
Bəs müəssisənin əməkdaşlıq etdiyi banklarla DSMF arasında “Elektron hökumət” portalı vasitəsilə əlaqəni necə yaratmaq olar? Suala cavab olaraq, hər bir işçinin əməkhaqqısı bankdakı hesabına köçürüldükdə bankdan avtomatik olaraq həmin şəxsin DSMF-də adına  olan işçinin “Dövlət sosial sığorta şəhadətnaməsi”nə” birbaşa hesabat göndərilə bilər. Bu tip və ya buna bənzər elektron  xidmət mexanizmi olduqdan sonra müəssisələrlə DSMF arasında olan istər rüblük, istərsə də illik yorucu hesabatlar  çox sadə bir şəkildə hər ay bank vasitəsilə tənzimlənə bilər. Beləliklə də “Elektron hökumət” portalı kredit verilməsi prosesini daha da asanlaşdırmış olur.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024