Tarix:28/01/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, komitənin sədri Aydın Əliyev müsahibələrindən birində bildirib ki, hazırda komitə xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının ölkəyə idxal edilən və ixrac edilən malları və avtomobilləri internet vasitəsi ilə qeydiyyatdan keçirə biləcəkləri “Elektron gömrük bəyannaməsi/mal” elektron xidməti, idxal və ixrac edilən malların sənədləşdirilmə prosesini müşahidə etməyə imkan verən “Elektron monitorinq” xidməti və elektron xidmətlərin istifadə sahəsini genişləndirəcək “Elektron gömrük xidmətləri” üzərində işlər aparır.
A.Əliyev bildirib ki, komitə mütəmadi olaraq gömrük sahəsində göstərilən xidmətlərin şəffaflığını artıra biləcək, məmur ilə vətəndaş arasında əlaqələri azalda biləcək tədbirlər görür.
"Hazırda Dövlət Gömrük Komitəsinin saytı vasitəsilə təmənnasız doqquz elektron xidmət göstərilir", - deyə o bildirib.
Aynur Vəliyeva
Azərbaycan Dövlət Gömrük Komitəsi üç yeni elektron xidmət üzərində işləyir
Azərbaycan Dövlət Gömrük Komitəsi bu il üç yeni elektron xidmət təqdim etmək niyyətindədir.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, komitənin sədri Aydın Əliyev müsahibələrindən birində bildirib ki, hazırda komitə xarici iqtisadi fəaliyyətlə məşğul olan iş adamlarının ölkəyə idxal edilən və ixrac edilən malları və avtomobilləri internet vasitəsi ilə qeydiyyatdan keçirə biləcəkləri “Elektron gömrük bəyannaməsi/mal” elektron xidməti, idxal və ixrac edilən malların sənədləşdirilmə prosesini müşahidə etməyə imkan verən “Elektron monitorinq” xidməti və elektron xidmətlərin istifadə sahəsini genişləndirəcək “Elektron gömrük xidmətləri” üzərində işlər aparır.
A.Əliyev bildirib ki, komitə mütəmadi olaraq gömrük sahəsində göstərilən xidmətlərin şəffaflığını artıra biləcək, məmur ilə vətəndaş arasında əlaqələri azalda biləcək tədbirlər görür.
"Hazırda Dövlət Gömrük Komitəsinin saytı vasitəsilə təmənnasız doqquz elektron xidmət göstərilir", - deyə o bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 603
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır