Tarix:29/01/14
“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, yaxın bir neçə il ərzində artım əsasən məlumat ötürməsi xidmətlərinə olan tələbatın artımına əsaslanacaq.
“Ümumilikdə bazar maliyyə göstəricilərinə görə artım nümayiş etməyib. Bu, MDB ölkələrinin əksəriyyətində bazarın həddən artıq doymasının göstəricisidir və əsasən səsli xidmətlər bazarına aiddir”, - PMR analitik şirkətin hesabatında bildirilib.
Bazar nəinki mədaxil nöqteyi-nəzərindən, həmçinin abunə sayına görə də doyma həddinə maksimal dərəcədə yaxınlaşıb. Buna baxmayaraq məlumatların ötürülməsi seqmentində istər internetdə, istərsə də mobil çıxış sahəsində böyük artım potensialı mövcuddur. Bu, MDB ölkələrinin əksəriyyətinə aiddir.
Coğrafi nöqteyi-nəzərdən MDB bazarları inkişaf səviyyəsi, əlçatımlığı, keyfiyyəti və qiymətinə görə fərqlənirlər.
Sərmayədarların müxtəlif bazarlara maraqları və internetə çıxış xidmətlərinin inkişafı ölkələrdə mövcud olan coğrafi şəraitdən, iqtisadi inkişafdan, tənzimləyicilərin çevikliyindən və mədəni fərqlərdən asılıdır.
“Yaxın 3-5 il ərzində biz MDB bazarının keyfiyyət nöqteyi-nəzərindən dəyişikliklər gözləyirik. Lakin maliyyə tərəfdən həcmin əhəmiyyətli artımına ümid etmirik. Bu cür keyfiyyət dəyişiklikləri qismində simli və ya simsiz kanallar üzərindən məlumat ötürməsi sürətinin artımı, həmçinin əsas xidmətlərin qiymətinin azalması ola bilər”, - hesabatda bildirilir.
Aynur Vəliyeva
MDB ölkələrinin rabitə xidmətləri bazarında 2013-cü ildə cüzi artım qeydə alınıb
Ötən il MDB ölkələri və Gürcüstanın rabitə xidmətləri bazarının həcmi 11,7 milyard dollar təşkil edib, bu da 2012-ci ilin göstəriciləri ilə müqayisədə 2,2% çoxdur.“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, yaxın bir neçə il ərzində artım əsasən məlumat ötürməsi xidmətlərinə olan tələbatın artımına əsaslanacaq.
“Ümumilikdə bazar maliyyə göstəricilərinə görə artım nümayiş etməyib. Bu, MDB ölkələrinin əksəriyyətində bazarın həddən artıq doymasının göstəricisidir və əsasən səsli xidmətlər bazarına aiddir”, - PMR analitik şirkətin hesabatında bildirilib.
Bazar nəinki mədaxil nöqteyi-nəzərindən, həmçinin abunə sayına görə də doyma həddinə maksimal dərəcədə yaxınlaşıb. Buna baxmayaraq məlumatların ötürülməsi seqmentində istər internetdə, istərsə də mobil çıxış sahəsində böyük artım potensialı mövcuddur. Bu, MDB ölkələrinin əksəriyyətinə aiddir.
Coğrafi nöqteyi-nəzərdən MDB bazarları inkişaf səviyyəsi, əlçatımlığı, keyfiyyəti və qiymətinə görə fərqlənirlər.
Sərmayədarların müxtəlif bazarlara maraqları və internetə çıxış xidmətlərinin inkişafı ölkələrdə mövcud olan coğrafi şəraitdən, iqtisadi inkişafdan, tənzimləyicilərin çevikliyindən və mədəni fərqlərdən asılıdır.
“Yaxın 3-5 il ərzində biz MDB bazarının keyfiyyət nöqteyi-nəzərindən dəyişikliklər gözləyirik. Lakin maliyyə tərəfdən həcmin əhəmiyyətli artımına ümid etmirik. Bu cür keyfiyyət dəyişiklikləri qismində simli və ya simsiz kanallar üzərindən məlumat ötürməsi sürətinin artımı, həmçinin əsas xidmətlərin qiymətinin azalması ola bilər”, - hesabatda bildirilir.
Aynur Vəliyeva
Baxış sayı: 604
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır