12px13px15px17px
Tarix:29/01/14

Fiziklər “Mur Qanunu”nu pozan nanokompüter hazırlayıblar


“MITRE” korporasiyasının və Harvard Universitetinin fənlərarası alim və mühəndislər qrupu “Mur Qanunu”nu pozan ultrakompakt hesablama sistemi hazırlayıblar. Kəşfin prinsipi ondan ibarətdir ki, qurğuda elementlər sıxlığı və kompüterlərin hesablama gücü hər iki-üç ildə iki dəfə artır.  

Hesab edilir ki, on ildən sonra müasir elektron qurğuların məhsuldarlığı ən yüksək həddə çatacaq və bu zaman yeni era - nanoelektronika erası başlayacaq.

Mütəxəssislər “PNAS” jurnalında məqalə dərc edərək eksperimenti təsvir ediblər. Qısa müddət ərzində onlar çox nazik miniatür idarəetmə kompüteri hazırlamağa nail olublar. Fiziklər qeyd edirlər ki, bu, indiyədək yaradılan ən sıx nanoelektron sistemdir.

Qurğu “nanoFSM” (nanoelectronic finite-state machine – son nanoelektron kompüter) adlanır. Kompüter miniatürlüyü (ölçüsünə görə insan neyronu ilə müqayisə edilə bilər) ilə yanaşı, az enerji sərf etməsi, yüzlərlə nanosim tranzistorlardan ibarət olması ilə seçilir ki, onların da hər biri insan saçından on min dəfə nazikdir.   
Tərtibatçılar kompüterin enerji toplaması haqqında söhbət açaraq bildiriblər ki, qurğudakı hər ötürücü tranzistor hətta elektrik enerjisi olmadan belə yandırılma və söndürülmə vəziyyətini “yadda” saxlayır.
“nanoFSM”-də naqil tranzistorları bir neçə mikroskopik plitka ardıcıllığında yığılıb. Bu plitkalar bütün kompüter üzrə elektrik impulsu ötürərək hesablama prosessorlarının işini və siqnalların emalını təmin edir. Belə mini-prosessorlar təkcə çevik istifadəçi elektronikası üçün deyil, həm də mikroskopik biotibbi ötürücü implantların və ya həşərat böyüklüyündə robotların yaradılmasında əvəzedilməz ola bilər. 

Texnologiya ilk dəfə deyil təqdim olunur. Belə ki, 2011-ci ildə bu mütəxəssislər qrupu elementar hesablamalar apara bilən nanotranzistorlardan ibarət ilk plitkanı nümayiş etdirib. Hazırda isə daha mürəkkəb vəzifələri yerinə yetirə bilən tam funksionallı prosessor istifadəyə hazır vəziyyətdədir.

Texnologiyanın sirri ilk növbədə prosessorun qeyri-standart üsulda yığılmasındadır. Adətən litoqrafiya üsulları “yuxarıdan aşağı” komplektləşdirməni - daha kiçik elementlərin daha böyük konstruksiyalardan hazırlanmasını nəzərdə tutur. Harvard mühəndisləri ilk dəfə “aşağıdan yuxarı” (bottom-up) yığma üsulunu tətbiq ediblər: böyük konstruksiya kiçik tərkib hissələri sayəsində genişlənir və bu zaman “nanoFSM”-in eyni anda əvvəlcədən verilmiş dizayna uyğun bir neçə nüsxəsi hazırlanır.  

“Mur Qanunu”na əsasən, belə texnologiyalar olmadan müasir elektronika bir neçə ildən sonra Yer üzündən yox ola bilər. Belə ki, sıxlıq və məhsuldarlığın ən yüksək həddinə çatan hesablama sistemləri bir yerdə “donub” qalacaq. Bu səbəbdən “nanoFSM” tərtibatçıları əmindirlər ki, məhz nanoprosessor kimi qurğular elektronikanın gələcəyində ilk addım olacaq, - “Vesti www.vesti.ru” yazır.



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024