Tarix:29/01/14
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə adıçəkilən şirkət məlumat yayıb.
Məlumatda deyilir ki, “GoldenPay” şirkəti ilə “Dan Beynəlmiləl İctimai Birliyi” Qeyri Hökumət Təşkilatı arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, xeyriyyə məqsədi ilə onlayn ödəniş qəbul etmək istəyənlər çox qısa zamanda onlayn ödəniş linki əldə edə biləcəklər: “Bunun üçün xeyriyyə yardımına ehtiyacı olan şəxslərin “GoldenPay” şirkətinə (info@goldenpay.az) email yazaraq müraciət etmələri kifayət edir. Bundan sonra “Dan Beynəlmiləl İctimai Birliyi” müraciətin həqiqiliyini yoxlayıb “GoldenPay” şirkətini məlumatlandıracaq. Şirkət isə təşkilatın sifarişinə əsasən 10 dəqiqə ərzində onlayn ödəmə linki hazırlayıb həm təşkilata, həm də yardıma ehtiyacı olan şəxsə təqdim edəcək”.
Məlumat üçün bildirək ki, toplanmış məbləğ “Dan Beynəlmiləl İctimai Birliyi”nin hesabına köçürüləcək.
Hesabatlar üçün həm təşkilata, həm də xeyriyyə üçün müraciət etmiş şəxslərə xüsusi nəzarət paneli təqdim ediləcək. Həmin şəxslər nəzərdə tutulmuş məbləğ toplandıqdan sonra ictimai birliyə müraciət edərək, məbləği əldə edə biləcəklər. Bu xidmət onlara tamamilə pulsuz başa gəlir.
Qeyd edək ki, tezliklə “GoldenPay” şirkəti özünə məxsus olan, Azərbaycanın ən böyük elektron xidmətlər portalı – “hesab.az”da ianələr üçün xüsusi səhifə yaradıb istifadəçilərə təqdim edəcək.
CAHANGİR
Yardıma ehtiyacı olanlar üçün onlayn ödəmənin qəbulu asanlaşdırılıb
“GoldenPay” şirkəti yardıma ehtiyacı olanlar üçün onlayn ödəmənin qəbulunu asanlaşdırıb.“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə adıçəkilən şirkət məlumat yayıb.
Məlumatda deyilir ki, “GoldenPay” şirkəti ilə “Dan Beynəlmiləl İctimai Birliyi” Qeyri Hökumət Təşkilatı arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, xeyriyyə məqsədi ilə onlayn ödəniş qəbul etmək istəyənlər çox qısa zamanda onlayn ödəniş linki əldə edə biləcəklər: “Bunun üçün xeyriyyə yardımına ehtiyacı olan şəxslərin “GoldenPay” şirkətinə (info@goldenpay.az) email yazaraq müraciət etmələri kifayət edir. Bundan sonra “Dan Beynəlmiləl İctimai Birliyi” müraciətin həqiqiliyini yoxlayıb “GoldenPay” şirkətini məlumatlandıracaq. Şirkət isə təşkilatın sifarişinə əsasən 10 dəqiqə ərzində onlayn ödəmə linki hazırlayıb həm təşkilata, həm də yardıma ehtiyacı olan şəxsə təqdim edəcək”.
Məlumat üçün bildirək ki, toplanmış məbləğ “Dan Beynəlmiləl İctimai Birliyi”nin hesabına köçürüləcək.
Hesabatlar üçün həm təşkilata, həm də xeyriyyə üçün müraciət etmiş şəxslərə xüsusi nəzarət paneli təqdim ediləcək. Həmin şəxslər nəzərdə tutulmuş məbləğ toplandıqdan sonra ictimai birliyə müraciət edərək, məbləği əldə edə biləcəklər. Bu xidmət onlara tamamilə pulsuz başa gəlir.
Qeyd edək ki, tezliklə “GoldenPay” şirkəti özünə məxsus olan, Azərbaycanın ən böyük elektron xidmətlər portalı – “hesab.az”da ianələr üçün xüsusi səhifə yaradıb istifadəçilərə təqdim edəcək.
CAHANGİR
Baxış sayı: 874
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib