12px13px15px17px
Tarix:30/01/14

Artıq 40 marşrut xəttində kart sistemi tətbiqi olunur

Paytaxtın marşrut avtobuslarında ödənişlərin kartlar vasitəsi ilə həyata keçirilməsi prosesina başlanıldıqdan sonra bu istiqamətdə görülən işlər daha da genişləndirilib.
 
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, artıq Bakı şəhərində 40 marşrut xətti üzrə nəqliyyat kartrlarının tətbiqi reallaşdırılıb, bu isə 743 ədəd avtobus deməkdir. Həmin marşrutların nömrələrini 1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96-dır.
 
 
Nəqliyyat Nazirliyi əlavə olaraq qeyd edir ki, avtobuslarda validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi avtobusların sayı daha da artırılacaq.
 
SEYMUR
 
 



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024