Tarix:30/01/14
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, səs köməkçiləri “Intel” prosessorları ilə işləyən qurğular üçün nəzərdə tutulacaq. İstifadəçinin səs sorğularının tanınması və emalı məsələsi prosessorlara həvalə ediləcək.
Köməkçilər üçün proqram təminatını “Intel”in adı açıqlanmayan tərəfdaşı yazacaq, lakin “Quartz” nəşri tərəfdaşın “Nuance Communications” olduğunu hesab edir.
“Nuance” nitqin tanınması sistemlərini hazırlayır. Qeyri-rəsmi məlumatlara görə, şirkətin texnologiyaları “Apple” qurğularında əlçatan olan “Siri” səs köməkçisində istifadə olunur.
Həm “Siri”, həm də “Android” platformasına quraşdırılmış “Google Now” səs köməkçisi üçün internetə qoşulma lazımdır, çünki sorğular uzaq serverdə emal edilir; lakin “Google”un həllində internetsiz işləyən səs daxil etmə xidməti var.
“Intel” şirkəti səs texnologiyalarını yanvarda təqdim etdiyi “Jarvis” qurğusunda sınaqdan keçirib. Cihaz prototipdir və daxili səs köməkçisinə malik smartfonlar üçün qarnitur təşkil edir.
Emil Hüseynov
“Intel” şirkətinin səs köməkçisi internetsiz işləyəcək
“Quartz” nəşri yazır ki, “Intel” şirkəti mobil qurğular üçün internetə qoşulmadan işləyən səs köməkçiləri hazırlayır.“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, səs köməkçiləri “Intel” prosessorları ilə işləyən qurğular üçün nəzərdə tutulacaq. İstifadəçinin səs sorğularının tanınması və emalı məsələsi prosessorlara həvalə ediləcək.
Köməkçilər üçün proqram təminatını “Intel”in adı açıqlanmayan tərəfdaşı yazacaq, lakin “Quartz” nəşri tərəfdaşın “Nuance Communications” olduğunu hesab edir.
“Nuance” nitqin tanınması sistemlərini hazırlayır. Qeyri-rəsmi məlumatlara görə, şirkətin texnologiyaları “Apple” qurğularında əlçatan olan “Siri” səs köməkçisində istifadə olunur.
Həm “Siri”, həm də “Android” platformasına quraşdırılmış “Google Now” səs köməkçisi üçün internetə qoşulma lazımdır, çünki sorğular uzaq serverdə emal edilir; lakin “Google”un həllində internetsiz işləyən səs daxil etmə xidməti var.
“Intel” şirkəti səs texnologiyalarını yanvarda təqdim etdiyi “Jarvis” qurğusunda sınaqdan keçirib. Cihaz prototipdir və daxili səs köməkçisinə malik smartfonlar üçün qarnitur təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 643
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır