Tarix:30/01/14
Sammitin keçirilməsində əsas məqsəd Arktik Şura ölkə rəhbərlərinin, nəzarətedici ölkələrin, maliyyə-sənaye sektorunun top-menecmentinin iştirakı ilə arktik region məsələlərinin həlli, elm və biznesin inteqrasiyası, ideyalar bankı və praktiki tətbiq etmək üçün elmi layihələrin hazırlanması məqsədilə dayanıqlı beynəlxalq platformanın yaradılmasıdır. Sözügedən tədbirdə Azərbaycanı AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil edəcək.
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, Arktik İctimai Elmlər Akademiyasının dəstəyi ilə keçirilən sammit çərçivəsində təşkil olunan “Şimalda həyat fəaliyyətinin təmin olunmasının innovativ texnologiyaları” mövzusunda “dəyirmi masa”da T.Əliyevin “Texniki obyektlərin qəza vəziyyətinə keçidinin gizli dövrünün “noise” texnologiyaları və monitorinq sistemləri” mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Akademik Telman Əliyev Beynəlxalq İnvestisiya Arktik Sammitində iştirak üçün dəvət alıb
27 fevral 2014-cü il tarixində Moskva şəhərində “Şimali dəniz yolu. Arktik regionun infrastrukturu və nəqliyyat-informasiya sistemi” mövzusunda Beynəlxalq İnvestisiya Arktik Sammiti keçiriləcək.Sammitin keçirilməsində əsas məqsəd Arktik Şura ölkə rəhbərlərinin, nəzarətedici ölkələrin, maliyyə-sənaye sektorunun top-menecmentinin iştirakı ilə arktik region məsələlərinin həlli, elm və biznesin inteqrasiyası, ideyalar bankı və praktiki tətbiq etmək üçün elmi layihələrin hazırlanması məqsədilə dayanıqlı beynəlxalq platformanın yaradılmasıdır. Sözügedən tədbirdə Azərbaycanı AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil edəcək.
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, Arktik İctimai Elmlər Akademiyasının dəstəyi ilə keçirilən sammit çərçivəsində təşkil olunan “Şimalda həyat fəaliyyətinin təmin olunmasının innovativ texnologiyaları” mövzusunda “dəyirmi masa”da T.Əliyevin “Texniki obyektlərin qəza vəziyyətinə keçidinin gizli dövrünün “noise” texnologiyaları və monitorinq sistemləri” mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır