12px13px15px17px
Tarix:30/01/14

“Lenova” şirkəti “Motorola Mobility”ə sahiblənib

Ötən həftə Çinin "Lenovo Group" şirkəti "IBM"-in server biznesinin bir hissəsini satın alıb. Bu gün isə Çin şirkəti 2,91 milyard dollara "Motorola Mobility" şirkətini satın alıb. Bildiyimiz ki, 2011-ci ildə "Google" şirkəti 12,1 milyard dollara "Motorola Mobility"ni satın alıb, hazırda isə 2,9 milyard dollara satıb. Nə üçün? Ona görə ki, "Google" şirkəti "Motorola Mobility"nin geniş patent siyahısını deyil, istehsalını və onun brendini satıb.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "IBM" ilə saziş bağlanması elan edildikdən sonra "Lenovo"nun səhmlərinin qiyməti artmışdısa, lakin "Motorola Mobility"nin satın alınması sazişi müsbət nəticə göstərməyib: "Lenovo"nun səhmlərinin qiyməti 16% azalıb. "Google" şirkəti ilə sazişin şərtlərinə əsasən, Çin şirkəti 1,41 milyard dolları nağd və səhmlərlə ödəyəcək, 1,5 milyard dollar isə möhlətlə üç il ərzində ödəniləcək.

Tərəflərin bəyanatına əsasən, "Google" şirkəti "Motorola Mobility"nin patent portfoliosunun çox hissəsini özündə saxlayır.

Emil Hüseynov
 



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024