12px13px15px17px
Tarix:30/01/14

İnternet istifadəçilərinin 29%-i internetə anonim daxil olur

“GlobalWebIndex” şirkətinin araşdırmasına əsasən, hazırda internet istifadəçilərinin 29% və ya 415 milyonu internetə anonim daxil olmağa üstünlük verirlər. Bunun üçün onlar müxtəlif VPN xidmətlər və proksi-serverlərdən istifadə edirlər.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, bu halda internetə anonim daxil olmağa üstünlük verən istifadəçilərin sayına görə lider Fransadır. Burada onlyan auditoriyanın 42%-i internetə çıxış üçün anonim üsullardan istifadə edir. Bu göstərici üzrə ikinci yerdə Vyetnam, üçüncüdə isə Malayziya qərarlaşıb.
 
Qadağan edilmiş məzmuna çıxış əldə etmək arzusu “VPN”-dən istifadənin səbəblərindən biridir.
 
“Hopes&Fears” nəşri yazır ki, təhlükəsiz məlumat mübadiləsi üçün nəzərdə tutulmuş müxtəlif xidmətlərin “bum”u 2013-cü ilin iyunundan müşahidə olunur. Bu, Edvard Snouden tərəfindən açıqlanmış ifşalarla bağlıdır.
 
Emil Hüseynov
 



Baxış sayı: 929

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024