12px13px15px17px
Tarix:31/01/14

“Elektron hökumət” portalına yeni funksiyalar əlavə edilib

“Elektron hökumət” portalı vətəndaşların elektron xidmətlərdən daha düzgün istifadə etməsi üçün dövlət qurumlarının təqdim etdiyi xidmətlərlə (https://www.e-gov.az/e-services/) bağlı yeni üç funksiya əlavə edib.
 
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) məlumat yayıb.
 
Məlumatda deyilir ki, vətəndaş portalda dövlət qurumlarının təqdim etdiyi müvafiq elektron xidməti seçməklə, həmin xidmətlə bağlı reqlament, şəkilli və videotəlimatla tanış ola bilər: “Elektron hökumət” portalında artıq bir neçə dövlət qurumunun təqdim etdiyi elektron xidmətlərlə bağlı reqlament, şəkilli və videotəlimatlar yerləşdirilib. Portala giriş edən şəxs sözügedən üç yeni funksiyadan istifadə etməklə, ona lazım olan xidmətdən daha doğru yararlanmış olar, istifadəçi üçün qaranlıq heç bir məqam qalmaz”.
 
MHM bildirir ki, elə dövlət qurumları da var ki, onların portalda təqdim etdiyi elektron xidmətlərə dair heç bir təlimat yoxdur. Bu da “Elektron hökumət” portalından istifadə edən insanlar üçün müəyyən xidmətlərin izahında çətinlik yaradır. Çox yaxşı olar ki, həmin dövlət qurumları istifadəçilərin rahatlığı üçün “Elektron hökumət” portalında öz təlimatlarını yerləşdirsinlər.
 
CAHANGİR
 



Baxış sayı: 987

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024