Tarix:01/02/14
BUNUN ÜÇÜN NƏLƏRİ BİLMƏK LAZIMDIR?
Bu gündən etibarən respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti fəaliyyətə başlayıb. Bununla əlaqədar normativ hüquqi sənədlər qəbul edilib, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb, aidiyyəti müqavilələr bağlanılıb və müvafiq test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa çatdırılıb. Artıq, hər üç mobil operator bununla bağlı abunəçilərə müraciət edib, xidmət üzrə reklam kampaniyalarına start veriblər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyəti operatorlara tapşırıqlar verilib
Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır. Qeyd olunan xidmətin respublikamızda ilk dəfə tətbiq edildiyi və bununla bağlı abunəçilərin xidmətə olan maraqları nəzərə alınaraq, mövcud şəbəkələr və müştəri xidmətlərinin tam hazırlıq vəziyyətinə gətirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyəti operatorlara müvafiq tapşırıqlar verilib.
İki, hətta üç operatorun nömrəsini eyni anda daşımaq məcburiyyətinə son
İndiyə qədər bəzi istifadəçilər iki, hətta üç operatorun nömrəsini eyni anda daşımaq məcburiyyətində idilər. İndi isə çoxsaylı nömrə daşınmasına ehtiyac yoxdur. Çünki mobil nömrə daşınması məhz telefon nömrəsini dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, mobil nömrə daşınmasının tətbiqindən sonra abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatorun şəbəkəsindən digər mobil operatorun şəbəkəsinə keçmək imkanı əldə edəcəklər.
Nömrə resurslarından effektiv istifadə, yüksək, keyfiyyətli xidmət
Xidmətin əsas məqsədi də mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.
Abunəçi nömrənin daşınması üçün hara müraciət edir?
Bəs proses üçün nəzərdə tutulan qaydalar necədir? "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"na əsasən, nömrə daşınması 6 iş günü ərzində həyata keçirilir. Abunəçi istifadə etdiyi sellülar (mobil) nömrənin daşınması üçün alıcı operatora (telekommunikasiya şəbəkəsinə abunəçinin sellülar (mobil) nömrəsinin daşınması nəzərdə tutulan mobil operator) müraciət edir. Alıcı operatorun nümayəndəsi abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatına alınmasını müəyyən edir. Abunəçi müvafiq ərizə formasını dolduraraq alıcı operatorun nümayəndəsinin iştirakı ilə imzalayır. Alıcı operatorun nümayəndəsi də ərizəyə atılan imzanın həqiqiliyini öz imza və möhürü ilə təsdiq edir. Abunəçi ərizəyə müvafiq sənədləri də əlavə edir. Belə ki, fiziki şəxslər şəxsiyyəti təsdiq edən sənədin surəti (əslini göstərməklə); hüquqi şəxslər isə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surətlərini təqdim etməlidirlər.
Verici operator nömrə daşınmasından imtina edərsə...
Qaydalar verici operatorun (Verici operator - telekommunikasiya şəbəkəsindən abunəçinin sellülar (mobil) nömrəsinin daşınması nəzərdə tutulan mobil operator) nömrə daşınmasından imtina hallarını müəyyənləşdirir. Belə ki, verici operator
daşınması tələb olunan nömrə abunəçiyə aid olmadıqda; abunəçi barədə məlumatlarda səhv olduqda; daşınması tələb olunan nömrə üzrə borc olduqda; daşınması tələb olunan nömrə üzrə abunə müqaviləsinin dayandırılması barədə abunəçinin verici operatora müraciəti olduqda və ya müqavilə ləğv edildikdə nömrə daşınmasından imtina edir.
Məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda da imtina halı mümkündür
Həmçinin daşınması tələb olunan nömrənin verici operator tərəfindən abunəçinin istifadəsinə verildiyi tarixdən 3 (üç) ay müddət keçmədikdə (həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədlərdə, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar müqavilənin yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur); verici operator və abunəçi arasında abunə müqaviləsindən irəli gələn hər hansı məhkəmə işi üzrə yekun qərar qəbul edilənə kimi mübahisələr olduqda da imtina halları mümkündür. Verici operator tərəfindən abunəçiyə son avadanlığın verilməsinə dair müqavilə üzrə pul öhdəlikləri abunəçi tərəfindən icra edildikdə, verici operator nömrə daşınmasından imtina edə bilməz.
Köhnə operatora dönmək istəyənlər 3 ay gözləməlidirlər
Ola bilər ki, daşınmış nömrənin sahibi, yəni mobil istifadəçi yeni keçdiyi operatorun xidmətini bəyənməyərək yenidən əvvəlki və ya digər operatorun xidmətlərindən istifadə etmək istəsin. Bu prosesi həyata keçirmək üçün də müəyyən müddət nəzərdə tutulub. Belə ki, daşınmış nömrənin verici operatorun və ya digər mobil operatorun telekommunikasiya şəbəkəsinə təkrar daşınması sonuncu nömrə daşınması tarixindən 3 (üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər. Həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədlərdə, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar müqavilənin yenilənməsi bu bənddə göstərilən müddətin yenilənməsinə səbəb olmur.
Fərqli tariflərə görə abunəçilər üçün ayırdedici xəbərdarlıq siqnalı
Prosesdə tarif şəffaflığı da əsas məsələlərdəndir. Tutaq ki, ailənizin ümumi büdcəsini nəzərə alaraq, qənaət məqsədilə bütün ailə üzvləriniz və ya dostlarınız eyni tarif paketindən istifadə edir və siz aranızda sərfəli tariflərlə danışırsınız. Əgər sizin məlumatınız olmadığı halda ailə üzvlərinizdən biri artıq fərqli tariflərdən istifadəyə keçərsə və ya sizinlə eyni tarif paketində olmayan dostlarınızdan sizə zəng gələrsə, zəng edən tərəf bununla bağlı məlumatlandırıcı, daha dəqiq ayırdedici siqnal eşidəcəkdir. Bu siqnaldan sonra zəngi davam edib və ya etməmək isə artıq zəng edənin seçimidir. Beləliklə, qaydalar müəyyənləşdirir ki, verici operator öz telekommunikasiya şəbəkəsindən daşınmış nömrəyə edilən zənglər üçün abunəçilərinə ayırdedici xəbərdarlıq siqnalını verir.
Beynəlxalq təcrübə - operatorlar aşağı tariflərlə yüksək keyfiyyətli xidmət təkliflərini genişləndirməli olacaqlar
Nəhayət, beynəlxalq təcrübədə, xüsusən Avropa Birliyində təxminən 10 il əvvəldən tətbiq edilən bu proses istehlakçıların hüquqlarının qorunmasında önəmli rol oynayacaq. Eyni zamanda mütəxəssislərin fikrinə görə, dünya təcrübəsində də olduğu kimi, nömrə daşınmasının tətbiq edilməsi Azərbaycanın mobil rabitə bazarının xeyrinə olacaq. Belə ki, istehlakçılara seçim imkanının verilməsi - nömrəni itirmədən mobil operatorları xidmətinin keyfiyyətinə və qiymətlərinə görə dəyişmək imkanı bazarda rəqabəti xeyli artıracaq. Eyni zamanda bu yolla telefon sahibləri bütün əlaqələrini saxlamaq və seçim etmək azadlığını qazanmış olurlar. Beynəlxalq təcrübə də göstərir ki, yenilik mobil operatorları müştəri uğrunda daha böyük cəhdlər göstərməyə təhrik edəcək. Belə ki, onlar öz müştərilərinə aşağı tariflərlə yüksək keyfiyyətli xidmət təkliflərini genişləndirməli olacaqlar. Bu da telekommunikasiya sahəsinin inhisarlardan qorunmasına və yeni "oyunçu"ların meydana gəlməsinə imkan verəcək. Beləliklə, nömrənizi itirmədən sərfəli tariflərlə, qənaətbəxş, keyfiyyətli xidmət təqdim edən operatorları seçim imkanı artıq öz əlinizdədir.
Həqiqət İSABALAYEVA
Mobil nömrə daşınması xidməti fəaliyyətə başladı

Baxış sayı: 2176
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı