Tarix:01/02/14
Azərbaycan Respublikasının dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirən adıçəkilən mərkəzin yaydığı məlumata görə, yanvarın 27-də “Facebook” şirkəti “Android” platformasında çalışan mobil telefonlar üçün “Facebook” tətbiqetməsinə yenilənmə buraxıb. Belə ki, tətbiqetmənin yenilənməsi yüklənən zaman əlavə icazələr bölümündə “SMS və MMS məktubları oxumasına icazə vermək” adlı imtiyazları qəbul etmək tələb olunur.
Mərkəzin məlumatında həmçinin qeyd olunur ki, əksər istifadəçilər bu kimi etibarlı tətbiqetmələrdən olan yenilənmə və ya yüklənmə bildirişlərinin mətnini oxumadan qəbul edirlər. Belə ki, yükləndikdən sonra mobil tətbiqetməsi sms məktublardan əlavə telefonunuzun yaddaşına qeyd edilmiş nömrələr, zənglər haqda informasiya, telefonunuza yüklənmiş tətbiqetmələrin siyahısı və s. kimi şəxsi informasiyaları əldə edə bilir. Tətbiqetmə vasitəsilə istifadəçiyə məxsus məlumat və faylları heç bir bildiriş olmadan telefonunuzdan köçürmək mümkündür. Şirkətdən bildirilir ki, sms-i oxumaq yalnız və yalnız “Facebook” akkaunta bağlı olan mobil nömrənin düzgünlüyünü yoxlamaq üçündür.
CAHANGİR
Azərbaycan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi: ““Facebook” sizin sms-lərinizi oxuyur”
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi təhlükəsizlik məqsədilə mobil telefonunuza mənbəyi məlum olmayan tətbiqetmələri yükləməməyi tövsiyə edir.Azərbaycan Respublikasının dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirən adıçəkilən mərkəzin yaydığı məlumata görə, yanvarın 27-də “Facebook” şirkəti “Android” platformasında çalışan mobil telefonlar üçün “Facebook” tətbiqetməsinə yenilənmə buraxıb. Belə ki, tətbiqetmənin yenilənməsi yüklənən zaman əlavə icazələr bölümündə “SMS və MMS məktubları oxumasına icazə vermək” adlı imtiyazları qəbul etmək tələb olunur.
Mərkəzin məlumatında həmçinin qeyd olunur ki, əksər istifadəçilər bu kimi etibarlı tətbiqetmələrdən olan yenilənmə və ya yüklənmə bildirişlərinin mətnini oxumadan qəbul edirlər. Belə ki, yükləndikdən sonra mobil tətbiqetməsi sms məktublardan əlavə telefonunuzun yaddaşına qeyd edilmiş nömrələr, zənglər haqda informasiya, telefonunuza yüklənmiş tətbiqetmələrin siyahısı və s. kimi şəxsi informasiyaları əldə edə bilir. Tətbiqetmə vasitəsilə istifadəçiyə məxsus məlumat və faylları heç bir bildiriş olmadan telefonunuzdan köçürmək mümkündür. Şirkətdən bildirilir ki, sms-i oxumaq yalnız və yalnız “Facebook” akkaunta bağlı olan mobil nömrənin düzgünlüyünü yoxlamaq üçündür.
CAHANGİR
Baxış sayı: 949
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib