Tarix:03/02/14
Adətən məlumatlar üzrə direktor vəzifəsini ilk növbədə maliyyə və sığorta şirkətlərində çalışan şirkətlər, eləcə də dövlət müəssisələri tətbiq edir. Lakin 2013-cü ildə bu vəzifə digər sahələrdə fəaliyyət göstərən şirkətlərdə yaradılmağa başlayıb. Analitiklər bəzi reklam şirkətlərində məlumatlar üzrə direktorun təyin edilməsini qeyd edirlər.
Mütəxəssislər vurğulayırlar ki, informasiya xidməti direktorları məlumatlar üzrə direktoru özlərinə rəqib hesab etməməlidirlər. Belə ki, onlar məlumatların idarə olunması ilə məşğul olurlar ki, bu da informasiya xidməti direktoruna diqqətini əsas vəzifəsinə yönəltməyə imkan verir, - "Computerworld www.osp.ru” yazır.
“Gartner”: “2015-ci ilədək hər dördüncü beynəlxalq şirkətdə məlumatlar üzrə direktor vəzifəsi olacaq”
“Gartner” analitik şirkətinin vitse-prezidenti Debra Loqanın fikrincə, cari ilin sonunadək nəhəng beynəlxalq şirkətlərin dörddə bir hissəsində məlumatlar üzrə direktor (Chief Data Officer, CDO) vəzifəsi mövcud olacaq. Məlumatlar üzrə direktor şirkət daxilində məlumatların idarə edilməsi ilə məşğul olur. Analitik şirkətin hesablamalarına əsasən, hazırda nəhəng şirkətlərdə yüzə yaxın idarəedici bu vəzifəni icra edir ki, bu da 2012-ci ildən iki dəfə çoxdur. Onların 65 faizi ABŞ, 20 faizi Böyük Britaniya şirkətlərində çalışır. Məlumatlar üzrə direktorlar arasında qadınların payı isə 25 faiz təşkil edir ki, bu da informasiya xidmətləri direktorlarını (13 faiz) təxminən iki dəfə üstələyir.Adətən məlumatlar üzrə direktor vəzifəsini ilk növbədə maliyyə və sığorta şirkətlərində çalışan şirkətlər, eləcə də dövlət müəssisələri tətbiq edir. Lakin 2013-cü ildə bu vəzifə digər sahələrdə fəaliyyət göstərən şirkətlərdə yaradılmağa başlayıb. Analitiklər bəzi reklam şirkətlərində məlumatlar üzrə direktorun təyin edilməsini qeyd edirlər.
Mütəxəssislər vurğulayırlar ki, informasiya xidməti direktorları məlumatlar üzrə direktoru özlərinə rəqib hesab etməməlidirlər. Belə ki, onlar məlumatların idarə olunması ilə məşğul olurlar ki, bu da informasiya xidməti direktoruna diqqətini əsas vəzifəsinə yönəltməyə imkan verir, - "Computerworld www.osp.ru” yazır.
Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır