12px13px15px17px
Tarix:03/02/14

Elektron Təhlükəsizlik Mərkəzinin saytı istifadəyə verilib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) internet resursu (www.cert.az) hazırlanıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, istifadəçilər saytda mərkəzin fəaliyyət istiqamətləri, əlaqə vasitələri, qanunvericilik bazası, eləcə də kibertəhlükəsizlik üzrə hesabatlar, son insidentlər və xəbərdarlıqlarla tanış ola bilərlər. Bununla yanaşı, veb-saytda elektron təhlükəsizliklə bağlı əsas suallara cavab tapmaq da mümkündür.
 
Hazırda sayt test mərhələsindədir. İstifadəçilər internet resursla bağlı təklif və iradlarını mərkəzə ünvanlaya bilərlər.
 
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. Mərkəz  kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.
 
CAHANGİR
 



Baxış sayı: 1184

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024