12px13px15px17px
Tarix:03/02/14

"Vikipediya" haqqında çoxlarının bilmədiyi faktlar

Bu yaxınlarda "Vikipediya" onlayn-ensiklopediyasının 13 yaşı tamam olub.

1. 2001-ci il yanvarın 15-də Cimmi Uels tərəfindən istifadəyə verilmiş "Vikipediya" onlayn-ensiklopediyasına hazırda  aylıq 500 milyondan çox istifadəçi daxil olur. Orada 30 milyon məqalə var və onların üzərindən təxminən dünyanın 100 min könüllü müəllifi işləyir. Bundan başqa, saytın 280 dildən çox versiyası mövcuddur.

2. Dünyanın ən böyük onlayn-ensiklopediyasının adı iki sözdən yaradılıb: "viki" (wiki) və "pediya" (pedia), yəni ensiklopediya. Birinci söz məzmunu üzərində istifadəçilərin birgə işləyə biləcəyi açıq resurs anlamını ifadə edir. Bu termini 1995-ci ildə tərtibatçı Uord Kanninqem düşünüb.

3. 2006-cı ildə “Time” jurnalının versiyasına görə ilin adamı "Sən" olub. Nəşr “You” sözünü jurnalın üz qabığına yerləşdirərək "Vikipediya" üçün məqalələr yazan, “YouTube” videohostinqinə çarxlar yükləyən və internetdə başqa məzmun yaradan milyonlarla insanın xidmətlərini qeyd edib. “Time” jurnalı nadir hallarda belə hərəkət edir. 2013-cü ildə Roma Papası Fransisk ilin adamı adına layiq görülüb.
 
 
4. "Vikipediya"nın öz mahnısı var: “Hotel Wikipedia”. Onlayn-ensiklopediyanın redaktorları onu qeyri-rəsmi himn seçiblər. O, 1976-cı ildə “Eagles” qrupunun 1976-cı ildə işıq üzü görmüş albomundakı “Hotel California” kompozisiyasına əsaslanır. Bu mahnını dinləmək üçün istinad onlayn-ensiklopediyada göstərilməyib.

5. "Vikipediya"da ən az yayılmış dil şayen dilidir: ABŞ-ın Montana və Oklaxoma ştatlarında hindilər bu dildə danışırlar. Dünyada təxminən 1700 insan bu dildə danışır. Ensiklopediyanın şayen seqmentində cəmisi təxminən 575 məqalə var və orada 4300-dən çox istifadəçi qeydiyyatdan keçib. İngilis, alman və fransız dilləri ən populyar dil olaraq qalırlar. Maraqlıdır ki, katalon dilində (13 milyon insan bu dildə danışır) "Vikipediya" İndoneziya "Vikipediya"sından (165 milyon) iki dəfə populyardır.

6. 2001-ci ilin yanvarına olan məlumata əsasən, ingilisdilli "Vikipediya"da cəmi 25 məqalə yerləşdirilib. Cimmi Uels əsas səhifədə “Hello, World!” ("Salam, dünya!" – bu ifadə proqramlaşdırma dilinin öyrədilməsində nümunələrdə tez-tez istifadə olunur) .

7. KİV-də onlayn-ensiklopediya haqqında birinci xatırlatma 2001-ci il 26 avqust tarixinə aiddir. O zaman demək olar ki heç kəsə məlum olmayan "Vikipediya" haqqında Britaniyanın “Wales on Sunday” nəşri yazıb.

Emil Hüseynov
 
 



Baxış sayı: 1400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024