Tarix:04/02/14
Tədbirdə çıxış edən CAR-da “Azərbaycan Dostları” təşkilatının təmsilçisi Ceym Dey bildirib ki, bu əlamətdar hadisə nəinki iki dostluq cəmiyyəti, həmçinin dünya üzrə fəaliyyət göstərən Azərbaycan dostluq cəmiyyətləri arasında əməkdaşlığın başlanğıcı olacaq: “İnanıram ki, bizim kimi gənc dostluq cəmiyyətləri dünya üzrə fəaliyyət göstərən və daha uzun tarixə malik olan dostluq cəmiyyətlərindən böyük təcrübə əldə edə biləcəklər”.
Anlaşma Memorandumu cəmiyyətləri və Azərbaycan arası əlaqələrdə əsas diqqəti bir sıra sahələrə yönəldəcək. Onlar elm, iqtisadiyyat, ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəniyyət, yerli hökumətlə əlaqələr, sosial təminatlı fəaliyyətdir. Memoranduma görə, sahibkarlar, iş adamları, iqtisadçılar, müəllimlər, texnoloqlar, həkimlər, elm xadimləri, jurnalistlər, yazıçılar, incəsənət nümayəndələri və digər mütəxəssislərin səfərlərinin mübadiləsi təşkil ediləcək.
Sonra Xorvatiya - Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü İnes Banik bildirib ki, Xorvatiya, Azərbaycan və CAR arasında münasibətlər intensiv şəkildə inkişaf edir və ümid edirik ki, dostluq cəmiyyətlərinin səyləri nəticəsində bu əlaqələr daha da inkişaf edəcək: “Cəmiyyətlərimizin hər biri öz fəaliyyət göstərdiyi ölkədə bir neçə uğura imza atıb və inanırıq ki, dostluq cəmiyyətləri bir-birindən daha çox öyrənə bilərlər və bizim səylərimiz digər dostluq cəmiyyətlərinə dəstək ola bilər”.
Seymur Qasımbəyli
Azərbaycan diasporları İKT sahəsində əməkdaşlıq edəcək
Azərbaycanın Cənubi Afrika və Xorvatiya respublikalarında fəaliyyət göstərən səfirliklərinin dəstəyi ilə CAR-ın “Azərbaycan Dostları” və Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti” adlı təşkilatları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “ICTnews.az”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. XİN-dən qeyd olunub ki, Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd hər iki dostluq təşkilatı arasında əlaqələri intensiv inkişaf etdirməkdir. Memorandum Xorvatiya Dostluq İcmaları Birliyinin Prezidenti Andriya Karafilipoviç və CAR-da “Azərbaycan Dostları” təşkilatının yaradıcılarından biri Ceyms Dey tərəfindən Zaqreb şəhərində imzalanıb.Tədbirdə çıxış edən CAR-da “Azərbaycan Dostları” təşkilatının təmsilçisi Ceym Dey bildirib ki, bu əlamətdar hadisə nəinki iki dostluq cəmiyyəti, həmçinin dünya üzrə fəaliyyət göstərən Azərbaycan dostluq cəmiyyətləri arasında əməkdaşlığın başlanğıcı olacaq: “İnanıram ki, bizim kimi gənc dostluq cəmiyyətləri dünya üzrə fəaliyyət göstərən və daha uzun tarixə malik olan dostluq cəmiyyətlərindən böyük təcrübə əldə edə biləcəklər”.
Anlaşma Memorandumu cəmiyyətləri və Azərbaycan arası əlaqələrdə əsas diqqəti bir sıra sahələrə yönəldəcək. Onlar elm, iqtisadiyyat, ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəniyyət, yerli hökumətlə əlaqələr, sosial təminatlı fəaliyyətdir. Memoranduma görə, sahibkarlar, iş adamları, iqtisadçılar, müəllimlər, texnoloqlar, həkimlər, elm xadimləri, jurnalistlər, yazıçılar, incəsənət nümayəndələri və digər mütəxəssislərin səfərlərinin mübadiləsi təşkil ediləcək.
Sonra Xorvatiya - Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü İnes Banik bildirib ki, Xorvatiya, Azərbaycan və CAR arasında münasibətlər intensiv şəkildə inkişaf edir və ümid edirik ki, dostluq cəmiyyətlərinin səyləri nəticəsində bu əlaqələr daha da inkişaf edəcək: “Cəmiyyətlərimizin hər biri öz fəaliyyət göstərdiyi ölkədə bir neçə uğura imza atıb və inanırıq ki, dostluq cəmiyyətləri bir-birindən daha çox öyrənə bilərlər və bizim səylərimiz digər dostluq cəmiyyətlərinə dəstək ola bilər”.
Seymur Qasımbəyli
Baxış sayı: 653
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır