12px13px15px17px
Tarix:04/02/14

Musiqi əsərini elektron qaydada necə qeydiyyatdan keçirmək olar?


Azərbaycan Müəllif Hüquqları Agentliyi musiqi əsərini elektron qeydiyyatdan keçirmək qaydalarını açıqlayıb.
Agentlikdən verilən məlumata görə, musiqi əsərini elektron qeydiyyatdan keçirmək üçün elektron ərizəyə əsərin not yazısı və mahnının mətnini (sözləri) fayl formasında əlavə etmək tələb olunur.

Əgər müəllif mətnsiz musiqi əsərini qeydiyyatdan keçirmək istəyirsə, yalnız not yazısını göndərməlidir.

Bununla yanaşı, müəllifin (hüquq sahibinin) şəxsiyyət vəsiqəsinin surəti (skan edilmiş), müstəsna hüquqlar əvvəllər başqasına məxsus olmuşdursa, bu hüquqların əldə edilməsi barədə müvafiq sənədin təsdiq edilmiş surəti (skan edilmiş) və əsərin qeydiyyatı üçün dövlət rüsumunun ödəniş qəbzi (skan edilmiş) əlavə olunur.

CAHANGİR



Baxış sayı: 879

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024