12px13px15px17px
Tarix:04/02/14

Azərbaycanda elektron tullantı problemləri üzrə araşdırmalar 2014-cü ildə də davam etdiriləcək

Azərbaycanda elektron tullantı problemləri üzrə araşdırmalar 2014-cü ildə də davam etdiriləcək. E-tullantılar problemlərinin həlli məqsədilə çərçivə konsepsiyasının işlənməsi ilə yanaşı, AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) ümumi istifadəli audioinformasiya şəbəkələrində nitq tranzaksiyalarının qorunması metodları, audiobazalardan operativ idarəedici qərarların qəbulu üçün verilənlərin aşkarlanması metod və alqoritmlərinin işlənməsi, paylanmış audioinformasiya şəbəkələri üzərində multimedia servislərinin sintezi və analizi problemlərinin tədqiqi və s. kimi mövzular üzrə də elmi tədqiqat işləri yerinə yetiriləcək.
 
 
İTİ-dən bildirilib ki, bu barədə Elmi şuranın iclasında texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev məlumat verib. Onun sözlərinə görə, bu il şöbədə ümumilikdə 3 elmi istiqamət, 3 problem, 4 mövzu, 8 iş üzrə araşdırmaların aparılması planlaşdırılır. Bundan başqa, elmi-innovasiya fəaliyyəti çərçivəsində şöbədə “Neft-qaz sahələrinin operativ-dispetçer idarəetmə kompleksləri üçün dispetçer danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sisteminin yaradılması” mövzusunda qrant layihəsinin hazırlanması da nəzərdə tutulur.
 
 
Araşdırmaların nəticələri üzrə 4 elmi-texniki konfransda məruzələrin edilməsi, nüfuzlu yerli və xarici jurnallarda məqalələrin dərci və görülən işlərin KİV-də təbliği planlaşdırılır. Həmçinin şöbə cari ildə müvafiq sahələrdə ölkədaxili və beynəlxalq elmi-texniki əlaqələri genişləndirmək, gənc kadrların şöbəyə cəlb edilməsi ilə bağlı məqsədyönlü işlər həyata keçirmək niyyətindədir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1161

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024