Tarix:04/02/14
Elmi tədqiqat işləri çərçivəsində, həmçinin informasiya iqtisadiyyatının formalaşması və inkişaf səviyyəsini xarakterizə edən əlamət və göstəricilər sistemi müəyyənləşdiriləcək, informasiya iqtisadiyyatına ən çox təsir edən İKT sferasında mövcud vəziyyətin iqtisadi – statistik təhlilinə və həmin sferada çoxsektorlu iqtisadiyyatın inkişaf proseslərinin modelləşdirilməsinə başlanılacaq. İkinci elmi istiqamət üzrə isə innovativ strukturların fəaliyyətini və innovasiya proseslərini xarakterizə edən göstəricilər sisteminin işlənilməsi, eləcə də innovasiya proseslərinin modelləşdirilməsinin ümumi prinsip və xüsusiyyətlərinin təhlil edilməsi nəzərdə tutulur. Bundan başqa, innovativ strukturların fəaliyyətinin təşkili və innovasiya proseslərinin idarə olunmasının modelləşdirilməsi məqsədilə həm respublikada, həm də beynəlxalq sahədə mövcud model və mexanizmlərin araşdırılması planlaşdırılır.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) verilən məlumata görə, tədqiqatlar haqda Elmi şuranın iclasında İTİ-nin şöbə müdiri, İqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev məlumat verib. İnstitutdan o da qeyd edilib ki, sözügedən tədqiqatlar Elmin inkişafı üzrə Milli Strategiya və “Azərbaycan-2020” İnkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilir. Belə ki, hər iki sənəddə müasir İnformasiya cəmiyyəti quruculuğu şəraitində formalaşan yeni iqtisadiyyat qarşısında bir çox mühüm vəzifələr qoyulub.
Həmin vəzifələrdən biri də innovasiya və elm tutumlu sahələrin inkişafına daha çox diqqət yetirməkdir. Bu səbəbdən, ölkədə innovativ informasiya iqtisadiyyatının formalaşmasına elmi dəstək verilməsi aktual məsələlərdən biri hesab olunur.
Həqiqət İSABALAYEVA
İnformasiya cəmiyyəti iqtisadiyyatının formalaşması və inkişafı üzrə model və mexanizmlər təhlil ediləcək
2014-cü ildə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması və inkişafı üzrə model və mexanizmlərin təhlili və işlənilməsi, innovativ strukturların fəaliyyətinin və innovasiya proseslərinin idarə olunması sisteminin metod və mexanizmlərinin işlənilməsi istiqamətləri üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) elmi tədqiqat işlərinin aparılması planlaşdırılır. Birinci istiqamət üzrə informasiya və biliklər iqtisadiyyatının strukturu və xüsusiyyətlərinin təhlili, informasiya və biliklər iqtisadiyyatının regional formalaşması sahəsində mövcud vəziyyət, inkişaf tendensiyaları və problemlərin tədqiqi nəzərdə tutulur.Elmi tədqiqat işləri çərçivəsində, həmçinin informasiya iqtisadiyyatının formalaşması və inkişaf səviyyəsini xarakterizə edən əlamət və göstəricilər sistemi müəyyənləşdiriləcək, informasiya iqtisadiyyatına ən çox təsir edən İKT sferasında mövcud vəziyyətin iqtisadi – statistik təhlilinə və həmin sferada çoxsektorlu iqtisadiyyatın inkişaf proseslərinin modelləşdirilməsinə başlanılacaq. İkinci elmi istiqamət üzrə isə innovativ strukturların fəaliyyətini və innovasiya proseslərini xarakterizə edən göstəricilər sisteminin işlənilməsi, eləcə də innovasiya proseslərinin modelləşdirilməsinin ümumi prinsip və xüsusiyyətlərinin təhlil edilməsi nəzərdə tutulur. Bundan başqa, innovativ strukturların fəaliyyətinin təşkili və innovasiya proseslərinin idarə olunmasının modelləşdirilməsi məqsədilə həm respublikada, həm də beynəlxalq sahədə mövcud model və mexanizmlərin araşdırılması planlaşdırılır.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) verilən məlumata görə, tədqiqatlar haqda Elmi şuranın iclasında İTİ-nin şöbə müdiri, İqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev məlumat verib. İnstitutdan o da qeyd edilib ki, sözügedən tədqiqatlar Elmin inkişafı üzrə Milli Strategiya və “Azərbaycan-2020” İnkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilir. Belə ki, hər iki sənəddə müasir İnformasiya cəmiyyəti quruculuğu şəraitində formalaşan yeni iqtisadiyyat qarşısında bir çox mühüm vəzifələr qoyulub.
Həmin vəzifələrdən biri də innovasiya və elm tutumlu sahələrin inkişafına daha çox diqqət yetirməkdir. Bu səbəbdən, ölkədə innovativ informasiya iqtisadiyyatının formalaşmasına elmi dəstək verilməsi aktual məsələlərdən biri hesab olunur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 878
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır