12px13px15px17px
Tarix:05/02/14

Mark Zukerberq: “Necə oldu ki, mən ”Facebook”u yaratdım?!”

"Facebook" öz onilliyinə həsr olunmuş  istifadəçilərinin sosial şəbəkədə ilk məşhur postlarını əks etdirən "Look back" (geriyə nəzər sal) səhifəsini yaradıb.
 
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, bu səhifədə istifadəçilər sosial şəbəkədə yerləşdirdikləri ilk şəkillərinin və postlarının təqdimatına, ən populyar yazılarına baxa bilərlər.
 
Fevralın 4-də "Facebook"un 10 yaşı tamam oldu və bu tarixə şirkət yüksək maliyyə göstəriciləri ilə gəlib çıxıb. Belə ki,  "Facebook"un bir il ərzində xalis gəliri 28 dəfə artıb və 2013-cü ilin nəticələrinə əsasən 1,5 milyard dollara çatıb.
 
Şirkətin yaradıcısı və baş direktoru Mark Zukerberq sahib olduğu şəbəkədə yubiley münasibəti ilə post yerləşdirib.
 
"İnsanlar çox vaxt məndən əvvəllər "Facebook"un bu gün olduğu kimi olacağını proqnozlaşdırdığımı soruşurlar. Xeyr, qətiyyən, bu haqda heç bir fikrim yox idi. Yadımdadır, "Facebook"u istifadəyə verəndən bir az sonra gecə kollecdə dostlarımla birgə pizza yeyirdim. Mən onlara dedim ki, bizim kollecin qruplarını birləşdirmək üzərində iş məni ruhlandırır, lakin tez və ya gec kimsə bütün dünyanı birləşdirməli olacaq.
 
O, uğurunun sirrini insanlara öz məlumatlarını başqaları ilə bölüşmək, həmişə əlaqə saxlamaq və öz cəmiyyətlərini yaratmaq imkanı verməsində görür.
 
"Mən bu 10 ili xatırlayanda belə bir sual yaranır: niyə məhz biz bu şəbəkəni yaradan kəslər olduq? Biz sadə tələbə idik. Bizim böyük şirkətlərdən daha az resurslarımız var idi. Onlar bir problemdə fikirlərini cəmləşdirsəydilər, bunu edərdilər. Mənim ağlıma gələn yeganə cavab bu olur ki, bu  bizim üçün daha vacib idi", - deyə, dünyanın ən  iri sosial şəbəkələrindən birinin başçısı, öz fikirlərini əsaslandırıb.

Aynur Vəliyeva



Baxış sayı: 874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024