12px13px15px17px
Tarix:05/02/14

ABŞ-da “Facebook” istifadəçilərinin 10%-i gündəlik statusunu yeniləyir

ABŞ-da "Facebook" sosial şəbəkəsi istifadəçilərinin təxminən 10%-i  hər gün öz statusunu yeniləyir. Bu haqda "Pew Research Center" şirkətinin "Facebook"un 10 illiyinə həsr edilmiş tədqiqatında deyilir.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, respondentlərin 4%-i statusunu gün ərzində bir neçə dəfə yeniləyir. Sorğu iştirakçılarının təxminən 25%-i etiraf ediblər ki, adı çəkilən sosial şəbəkədə statuslarını heç vaxt dəyişdirməyib və yeniləməyiblər.

Bundan başqa, "Facebook"un amerikalı istifadəçilərinin 44%-i dostları tərəfindən dərc edilmiş məzmunu "bəyənirəm" düyməsinin köməyi ilə ən azı gündə bir dəfə paylaşırlar.

Həmçinin aydınlaşıb ki, 31%  başqa insanların şəkillərini hər gün şərh edir, 15% gündə bir neçə dəfə bunu təkrar   edir.

Emil Hüseynov



Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024