12px13px15px17px
Tarix:05/02/14

Azərbaycanda təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulunun təşkili bu il başa çatmalıdır

Azərbaycan Dövlət Statistika Komitəsi bu il kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar da daxil olmaqla təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulunun təşkili üzrə işlərin başa çatdırılmasını nəzərdə tutur.

“ICTnews” xəbər xidmətinin  komitənin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, il ərzində eyni zamanda komitənin internet səhifəsinin təsnifatlar bölməsinin təkmilləşdirilməsi, axtarış və yükləmə funksiyalarına malik təsnifatlar bazasını yaratmaq niyyətindədir.

Bununla yanaşı, Statistika Komitəsi 2017-ci ilədək statistika sistemində keyfiyyətin idarə edilməsini, metaməlumatlar sistemlərinin tətbiqini və beynəlxalq iqtisadi və sosial təsnifatların Azərbaycan dövlət standartı kimi qəbul edilmiş milli analoqlarının ölkədə tətbiqinin genişləndirilməsini, statistika sistemində statistika proseslərinin və məlumatların keyfiyyətinə dair İSO 9001 sertifikatının alınmasını  planlaşdırır.

Aynur Vəliyeva
         
 



Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024