12px13px15px17px
Tarix:06/02/14

Türkiyədə saytlar məhkəmənin icazəsi olmadan bağlana bilər

Türkiyə Böyük Millət Məclisi hakimiyyətin internet üzərində nəzarət sahəsində səlahiyyətlərini xeyli genişləndirən qanun layihəsini qəbul edib. Bu barədə “Agence France-Press” agentliyi məlumat verib. Yeni qanun Türkiyə Telekommunikasiya Müdirliyinə (TIB) məhkəmənin icazəsi olmadan saytları bağlamağa imkan verəcək.

Belə ki, hakimiyyət bu və ya digər internet resursuna çıxışı orada təhqiredici kontent aşkarladıqda məhdudlaşdıra biləcək. İnternetdə belə kontent “problemli sözlər” əsasında müəyyənləşdirilməklə onların axtarışı ilə hüquq-mühafizə orqanları məşğul olacaq. Hazırda hansı sözlərin “problemli sözlər” kateqoriyasına aid ediləcəyi məlum deyil. Bir müddət əvvəl məlumat verilib ki, qanun ilk növbədə vətəndaşların pedofiliya, narkotiklərdən istifadə və intihar etmək üsulları haqqında informasiya yayan saytlardan qorunmasına yönəlib.   
Bundan başqa, parlament üzvləri tərəfindən qəbul edilən qanun provayderləri istifadəçilərin sosial şəbəkələrdə fəallıqları barədə məlumatları saxlamağa məcbur edir. Belə məlumatlar ən azı iki il müddətinə saxlanılmalı və səlahiyyətli orqanların sorğusu əsasında üçüncü tərəfə verilə bilər. 

Türkiyədə interneti məhdudlaşdıran ilk qanun 2007-ci ildə qəbul edilib. O zaman ölkə ərazisində “Wordpress” bloqhostiniq və bir neçə videohostinq, o cümlədən "DailyMotion” və “Vimeo” bağlanılıb. Bundan əlavə, 2010-cu ilədək Türkiyə hökuməti "YouTube” videohostinqindən istifadəni məhdudlaşdırıb. 2011-ci ildən Türkiyədə qadağan edilmiş saytlar reyestri fəaliyyət göstərir. Əvvəlcədən reyestr terrorizmlə mübarizə üçün yaradılsa da, sonradan saytların “qara siyahı”ya daxil edilə biləcəyi kontentin siyahısı xeyli genişləndirilib, - "Lenta www.lenta.ru” yazır. 



Baxış sayı: 989

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024