Tarix:06/02/14
Nazirliyin müvafiq qurumlarının və şöbələrinin iştirakı ilə keçirilən görüş çərçivəsində şirkətin baş direktorunun müavini Vyaçeslav Allenov və texniki konsaltinq şöbəsinin rəhbəri Serqey Afanasyev həyata keçirdikləri işlərdən danışıblar.
“Aztelekom” İstehsalat Birliyi üçün təqdim edə biləcək İP dizayn, “DWDM” dizayn və “SDN/NFV/Cloud” tendensiyaları haqda məlumat veriblər.
S. Afanasyev Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulmuş “Genişzolaqlı internetin inkişafı” layihəsinin həyata keçirilməsində istifadə edilə biləcək “İPoDWDM”, “GPON”, “Mobile Back Haul” texnologiyalarının, “DPI (Deep Packet Inspection)” qurğularının təqdimatını keçirib.
Bu texnologiyalar sürətli genişzolaqlı internet şəbəkələrinin yüksək səviyyədə işləməsini, “2G/3G/4G” kimi müxtəlif texnologiyaların rabitə xidmətlərinin keyfiyyətinə ziyan vurmadan inteqrasiyasını, müxtəlif istehsalçıların şəbəkələrinin, stasionar və mobil şəbəkələrin (FMC), operator və müştəri şəbəkələrinin konvergensiyasını təmin edir.
Ekspertlərin rəyinə əsasən, “Aztelekom” şəbəkəsi çox sayda qovşaqdan ibarət olduğuna görə burada ikisəviyyəli şəbəkənin yaradılması daha məqsədəuyğundur.
V. Allenovun sözlərinə əsasən, şirkət həmçinin Rusiya və Qazaxıstan üçün “İPv6” tətbiqi üzrə konsepsiyalarını hazırlayıb və artıq tətbiqinə başlayıb.
Şirkət nümayəndələri eyni zamanda informasiya təhlükəsizliyi sahəsində geniş çeşiddə məhsul təqdim etməyə hazır olduğunu qeyd edib.
Aynur Vəliyeva
RİTN-də genişzolaqlı internetin inkişafı üçün nəzərdə tutulmuş effektiv texnologiyaların təqdimatı keçirilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Rusiyanın “AMT-Group” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.Nazirliyin müvafiq qurumlarının və şöbələrinin iştirakı ilə keçirilən görüş çərçivəsində şirkətin baş direktorunun müavini Vyaçeslav Allenov və texniki konsaltinq şöbəsinin rəhbəri Serqey Afanasyev həyata keçirdikləri işlərdən danışıblar.
“Aztelekom” İstehsalat Birliyi üçün təqdim edə biləcək İP dizayn, “DWDM” dizayn və “SDN/NFV/Cloud” tendensiyaları haqda məlumat veriblər.
S. Afanasyev Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulmuş “Genişzolaqlı internetin inkişafı” layihəsinin həyata keçirilməsində istifadə edilə biləcək “İPoDWDM”, “GPON”, “Mobile Back Haul” texnologiyalarının, “DPI (Deep Packet Inspection)” qurğularının təqdimatını keçirib.
Bu texnologiyalar sürətli genişzolaqlı internet şəbəkələrinin yüksək səviyyədə işləməsini, “2G/3G/4G” kimi müxtəlif texnologiyaların rabitə xidmətlərinin keyfiyyətinə ziyan vurmadan inteqrasiyasını, müxtəlif istehsalçıların şəbəkələrinin, stasionar və mobil şəbəkələrin (FMC), operator və müştəri şəbəkələrinin konvergensiyasını təmin edir.
Ekspertlərin rəyinə əsasən, “Aztelekom” şəbəkəsi çox sayda qovşaqdan ibarət olduğuna görə burada ikisəviyyəli şəbəkənin yaradılması daha məqsədəuyğundur.
V. Allenovun sözlərinə əsasən, şirkət həmçinin Rusiya və Qazaxıstan üçün “İPv6” tətbiqi üzrə konsepsiyalarını hazırlayıb və artıq tətbiqinə başlayıb.
Şirkət nümayəndələri eyni zamanda informasiya təhlükəsizliyi sahəsində geniş çeşiddə məhsul təqdim etməyə hazır olduğunu qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 906
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı