Tarix:07/02/14
Mobil trafikin nəzərdə tutulan artımı 2018-ci ilədək sayı 10 milyardı ötəcək fərdi qurğu və kompüterlərarası birləşmələrin mobil internet qoşulmalarının artmasına da səbəb olacaq. Bu, Yer kürəsi əhalisinin sayından 1,4 dəfə çoxdur. BMT-nin qiymətləndirməsinə görə, 2018-ci ildə dünya əhalisinin sayı 7,6 milyard nəfər olacaq. 2017-2018-ci illərdə aylıq mobil internetin trafik həcmi 5,1 ekzabayt həcmində artacaq ki, bu da 2013-cü ildə (aylıq 1,5 ekzabayt) mobil internetin təxmin edilən trafik həcmini üç dəfə ötür.
"Cisco"nun proqnozuna əsasən, 2013-2018-ci illərdə qlobal mobil trafikin artım sürəti qlobal stasionar trafikin artım sürətini üç dəfə ötəcək. Mobil trafikin həcminin artması bir neçə tendensiya ilə müəyyənləşdirilir.
Mobil qoşulmaların sayının artması. 2018-ci ildə mobil qurğu və qoşulmaların sayı 10 milyarda (8 milyard fərdi mobil qurğu və 2 milyard kompüterlərarası birləşmə) çatacaq; 2013-cü ildə mobil qurğu və kompüterlərarası birləşmələrin ümumi sayı 7 milyard olub. 2018-ci ildə qlobal mobil şəbəkələrində məlumatların ötürülmə sürəti 1.4 Mbit/s-dən (2013-cü il) 2,5 Mbit/s-dək artacaq. 2018-ci ildə qlobal mobil trafik həcminin 69%-i mobil videonun payına düşəcək, halbuki 2013-cü ildə bu göstərici 53% təşkil edib.
2018-ci ildə qlobal mobil qoşulmalarının 54%-i "ağıllı" kateqoriyasına aid olacaq, 2013-cü ildə bu göstərici yalnız 21% olub. "Ağıllı" qurğular və qoşulmalar inkişaf etmiş hesablama və multimedia funksiyalarına və minimal "3G" kommunikasiya səviyyəsinə malikdir. 2018-ci ildə qlobal mobil məlumat trafik həcminin 94%-ni smartfon, noutbuk və planşetlər formalaşdıracaq. 2018-ci ildə kompüterlərarası trafikin həcmi qlobal mobil məlumat trafikinin 5%-ni təşkil edəcək.
2013-2018-ci illərdə "bulud" mobil trafikinin həcmi 12 dəfə artacaq, yəni orta illik artım sürəti (CAGR) 64% təşkil edəcək.
Kompüterlərarası birləşmələrdən danışarkən, biz simli və simsiz sistemlərdə naviqasiya sistemlərinin (GPS) fəaliyyətinin təmini üçün analoji qurğularla qarşılıqlı əlaqədə olmağa icazə verən proqramlardan danışırıq. İnternetin (IoE) artım sürətinin proqnozlaşdırılması üçün bu yaxınlarda adı çəkilən kateqoriyaya daşınan qurğular ("ağıllı" saat və eynək, fizioloji ötürücülər, ölçü cihazları və s.) seqmenti əlavə edilib.
2013-cü ildə mobil qurğuların təxminən 5%-i və mobil məlumatların ötürülməsi üzrə ümumi trafik həcminin 1%-dən çoxu M2M birləşmələrinin payına düşüb. 2018-ci ildə mobil qurğuların təxminən 20%-i və mobil məlumatların ötürülməsi üzrə ümumi trafikin 6%-i M2M birləşmələrinin payına düşəcək. 2013-cü ildə dünyada 21,7 milyon daşınan qurğu qeydə alınıb. 2018-ci ildə onların sayı artaraq 176,9 milyon olacaq, yəni orta illik artım sürəti 52% təşkil edəcək.
İstifadəçilərin simsiz xidmətlərə artan tələbatının təmin olunması üçün bir çox rabitə operatorları "4G" standartlar qrupu texnologiyalarını tətbiq edirlər. İnkişaf etməkdə olan bazarlarda "4G" həlləri əsasında yeni mobil rabitə infrastrukturları yaradılır, inkişaf etmiş ölkələrdə "4G" texnologiyası "2G" və "3G" həllərini ya əvəz edir, ya da tamamlayır. 2018-ci ildə bütün mobil birləşmələrin 5%-i "4G" şəbəkələrinin payına düşəcək. 2013-cü ildə bu göstərici 2.9% olub.
2018-ci ildə "4G" qoşulması qlobal mobil məlumat trafikinin 51%-ni və ya aylıq 8 ekzabayt ötürəcək. 2013-cü ildə bu göstərici aylıq 30% və ya 448 petabayt təşkil edib. 2013-2018-ci illərdə "4G" trafikinin həcmi 18 dəfə artacaq.
2013-2018-ci illərdə mobil videotrafikin həcmi 14 dəfə artacaq. 2018-ci ildə qlobal mobil trafikin 69%-i (2013-cü ildə 53%) mobil videonun payına düşəcək. 2018-ci ildə qlobal mobil trafikin həcminin 17%-i veb-in payına (2013-cü ildə 28%) düşəcək. 2018-ci ildə qlobal mobil trafik həcminin 11%-i axın musiqisinin payına (2013-cü ildə 14%) düşəcək. 2018-ci ildə fayllarla mübadilə trafikinin payı qlobal mobil trafik həcminin 3%-ni (2013-cü ildə 4%) təşkil edəcək.
Aşağıda 2018-ci ilədək proqnozlaşdırılan artım sürəti üzrə regionların reytinqi əks olunub:
1.Yaxın Şərq və Afrika: illik artım 70%, 14 qat artım;
2. Mərkəzi və Şərqi Avropa: illik artım 68%, 13 qat artım;
3. Asiya-Sakit okean regionu: illik artım 67%, 13 qat artım;
4. Latın Amerikası: illik artım 66%, 13 qat artım;
5. Şimali Amerika: illik artım 50%, 8 qat artım;
6. Qərbi Avropa: illik artım 50%, 7 qat artım.
Emil Hüseynov
2018-ci ilədək mobil trafikin həcmi 11 dəfə artacaq
"Cisco Visual Networking Index Global Mobile Data Traffic Forecast for 2013 to 2018" (Vizual şəbəkə texnologiyalarının inkişaf indeksi: 2013-2018-ci illərdə qlobal mobil trafikin inkişaf proqnozu) illik proqnozuna əsasən, yaxın 4 ildə qlobal mobil trafikin həcmi 11 dəfə artacaq və 2018-ci ildə 190 ekzabayt həcmində ola bilər.Mobil trafikin nəzərdə tutulan artımı 2018-ci ilədək sayı 10 milyardı ötəcək fərdi qurğu və kompüterlərarası birləşmələrin mobil internet qoşulmalarının artmasına da səbəb olacaq. Bu, Yer kürəsi əhalisinin sayından 1,4 dəfə çoxdur. BMT-nin qiymətləndirməsinə görə, 2018-ci ildə dünya əhalisinin sayı 7,6 milyard nəfər olacaq. 2017-2018-ci illərdə aylıq mobil internetin trafik həcmi 5,1 ekzabayt həcmində artacaq ki, bu da 2013-cü ildə (aylıq 1,5 ekzabayt) mobil internetin təxmin edilən trafik həcmini üç dəfə ötür.
"Cisco"nun proqnozuna əsasən, 2013-2018-ci illərdə qlobal mobil trafikin artım sürəti qlobal stasionar trafikin artım sürətini üç dəfə ötəcək. Mobil trafikin həcminin artması bir neçə tendensiya ilə müəyyənləşdirilir.
Mobil qoşulmaların sayının artması. 2018-ci ildə mobil qurğu və qoşulmaların sayı 10 milyarda (8 milyard fərdi mobil qurğu və 2 milyard kompüterlərarası birləşmə) çatacaq; 2013-cü ildə mobil qurğu və kompüterlərarası birləşmələrin ümumi sayı 7 milyard olub. 2018-ci ildə qlobal mobil şəbəkələrində məlumatların ötürülmə sürəti 1.4 Mbit/s-dən (2013-cü il) 2,5 Mbit/s-dək artacaq. 2018-ci ildə qlobal mobil trafik həcminin 69%-i mobil videonun payına düşəcək, halbuki 2013-cü ildə bu göstərici 53% təşkil edib.
2018-ci ildə qlobal mobil qoşulmalarının 54%-i "ağıllı" kateqoriyasına aid olacaq, 2013-cü ildə bu göstərici yalnız 21% olub. "Ağıllı" qurğular və qoşulmalar inkişaf etmiş hesablama və multimedia funksiyalarına və minimal "3G" kommunikasiya səviyyəsinə malikdir. 2018-ci ildə qlobal mobil məlumat trafik həcminin 94%-ni smartfon, noutbuk və planşetlər formalaşdıracaq. 2018-ci ildə kompüterlərarası trafikin həcmi qlobal mobil məlumat trafikinin 5%-ni təşkil edəcək.
2013-2018-ci illərdə "bulud" mobil trafikinin həcmi 12 dəfə artacaq, yəni orta illik artım sürəti (CAGR) 64% təşkil edəcək.
Kompüterlərarası birləşmələrdən danışarkən, biz simli və simsiz sistemlərdə naviqasiya sistemlərinin (GPS) fəaliyyətinin təmini üçün analoji qurğularla qarşılıqlı əlaqədə olmağa icazə verən proqramlardan danışırıq. İnternetin (IoE) artım sürətinin proqnozlaşdırılması üçün bu yaxınlarda adı çəkilən kateqoriyaya daşınan qurğular ("ağıllı" saat və eynək, fizioloji ötürücülər, ölçü cihazları və s.) seqmenti əlavə edilib.
2013-cü ildə mobil qurğuların təxminən 5%-i və mobil məlumatların ötürülməsi üzrə ümumi trafik həcminin 1%-dən çoxu M2M birləşmələrinin payına düşüb. 2018-ci ildə mobil qurğuların təxminən 20%-i və mobil məlumatların ötürülməsi üzrə ümumi trafikin 6%-i M2M birləşmələrinin payına düşəcək. 2013-cü ildə dünyada 21,7 milyon daşınan qurğu qeydə alınıb. 2018-ci ildə onların sayı artaraq 176,9 milyon olacaq, yəni orta illik artım sürəti 52% təşkil edəcək.
İstifadəçilərin simsiz xidmətlərə artan tələbatının təmin olunması üçün bir çox rabitə operatorları "4G" standartlar qrupu texnologiyalarını tətbiq edirlər. İnkişaf etməkdə olan bazarlarda "4G" həlləri əsasında yeni mobil rabitə infrastrukturları yaradılır, inkişaf etmiş ölkələrdə "4G" texnologiyası "2G" və "3G" həllərini ya əvəz edir, ya da tamamlayır. 2018-ci ildə bütün mobil birləşmələrin 5%-i "4G" şəbəkələrinin payına düşəcək. 2013-cü ildə bu göstərici 2.9% olub.
2018-ci ildə "4G" qoşulması qlobal mobil məlumat trafikinin 51%-ni və ya aylıq 8 ekzabayt ötürəcək. 2013-cü ildə bu göstərici aylıq 30% və ya 448 petabayt təşkil edib. 2013-2018-ci illərdə "4G" trafikinin həcmi 18 dəfə artacaq.
2013-2018-ci illərdə mobil videotrafikin həcmi 14 dəfə artacaq. 2018-ci ildə qlobal mobil trafikin 69%-i (2013-cü ildə 53%) mobil videonun payına düşəcək. 2018-ci ildə qlobal mobil trafikin həcminin 17%-i veb-in payına (2013-cü ildə 28%) düşəcək. 2018-ci ildə qlobal mobil trafik həcminin 11%-i axın musiqisinin payına (2013-cü ildə 14%) düşəcək. 2018-ci ildə fayllarla mübadilə trafikinin payı qlobal mobil trafik həcminin 3%-ni (2013-cü ildə 4%) təşkil edəcək.
Aşağıda 2018-ci ilədək proqnozlaşdırılan artım sürəti üzrə regionların reytinqi əks olunub:
1.Yaxın Şərq və Afrika: illik artım 70%, 14 qat artım;
2. Mərkəzi və Şərqi Avropa: illik artım 68%, 13 qat artım;
3. Asiya-Sakit okean regionu: illik artım 67%, 13 qat artım;
4. Latın Amerikası: illik artım 66%, 13 qat artım;
5. Şimali Amerika: illik artım 50%, 8 qat artım;
6. Qərbi Avropa: illik artım 50%, 7 qat artım.
Emil Hüseynov
Baxış sayı: 916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib