12px13px15px17px
Tarix:07/02/14

Stasionar telefonlara tələbat azalır

Smartfonlardan istifadənin çoxalması onunla nəticələnir ki, onlar tədricən stasionar telefonları bazardan sıxışdırıb çıxarır. Əgər ev sektorunda bu tendensiya çoxdan özünü göstərirsə, lakin korporativ istifadəçilər arasında mobil telefonların populyarlığı yaxın vaxtlarda (IP telefoniyanın kütləvi bazara gəlişi ilə) özünü büruzə verib.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Timico firması tərəfindən İT mütəxəssisləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların təxminən 84%-i deyib ki, iş yerlərində mobil aparatlar stasionarları sıradan çıxaracaq. Məsələ ondadır ki, şirkətlər getdikcə iş yerlərində daha tez-tez “Skype” və “Viber” kimi ödənişsiz səs ünsiyyət platformalarından istifadəyə üstünlük verirlər.
 
Hər səkkizinci sorğu iştirakçısı etiraf edib ki, belə xidmətlərdən istifadə edir, hər üçüncü isə yaxın iki ildə onlardan istifadəyə keçmək arzusunu ifadə edib. İT menecerlərin 72%-nin fikrincə, 10 il ərzində işgüzar zənglər ödənişsiz olacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024