Tarix:08/02/14
2003-2012-ci illərdə Çində yüksək texnologiyalı istehsalın həcmi altı dəfə artıb və bunun nəticəsində ölkənin dünya bazarında payı 8 faizdən 24 faizədək yüksəlib. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın analoji göstəricisi 27 faiz təşkil edir.
Çin alternativ enerjiyə yatırılan investisiyalara görə ABŞ-ı xeyli qabaqlayaraq sahənin inkişafına 61 milyard dollar xərcləyib, halbuki ABŞ ekoloji enerji mənbələrinə cəmi 29 milyard dollar sərf edib.
Hesabat müəlliflərinin sözlərinə görə, elm və texnologiyaların inkişafında dünya lideri olan ABŞ 2013-cü ildə bu sahədə öz mövqeyini itirməkdə davam edib. Asiyanın iqtisadiyyatı inkişaf etmiş nəhəng ölkələri birlikdə ABŞ ilə müqayisədə daha çox elmi tədqiqat və təcrübi-konstruktor işləmələri həyata keçirib. İlk növbədə bu sahədə Çin və Cənubi Koreya uğur qazanıb.
2001-ci ildən ABŞ-ın elmi tədqiqat və təcrübi-konstruktor işləmələrində payı 37 faizdən 30 faizədək, Avropanın 26 faizdən 22 faizədək azalıb. Bu arada Asiyanın nəhəng ölkələrinin payı 25 faizdən 34 faizədək artıb. Xüsusilə Çin payını 4 faizdən 15 faizədək artırıb.
"Bloomberg" agentliyinin versiyasına görə, Çin 50 ən innovasiyalı ölkə reytinqində 29-cu yeri tutduğu halda ABŞ birinci yerdə qərarlaşıb. Agentlik ölkələri bir neçə göstərici, o cümlədən elmi tədqiqat və təcrübi-konstruktor işləmələri, məhsuldarlıq, alimlərin və texniki ixtisas məzunlarının sayı, istehsal imkanları, patent fəallığı və yüksək texnologiyalı şirkətlərin digər ictimai təşkilatların sayına nisbəti üzrə qiymətləndirib, - "Lenta www.lenta.ru" yazır.
Çin yüksək texnologiyalı istehsalın həcminə görə ABŞ-a yaxınlaşıb
Ötən ilin yekunları üzrə Çin yüksək texnologiyalı istehsalın inkişafına görə təxminən ABŞ-ın səviyyəsinə çatıb. Bu barədə ABŞ Milli Elmi Fondunun (National Science Foundation, NSF) "Science and Engineering Indicators" hesabatında deyilir.2003-2012-ci illərdə Çində yüksək texnologiyalı istehsalın həcmi altı dəfə artıb və bunun nəticəsində ölkənin dünya bazarında payı 8 faizdən 24 faizədək yüksəlib. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın analoji göstəricisi 27 faiz təşkil edir.
Çin alternativ enerjiyə yatırılan investisiyalara görə ABŞ-ı xeyli qabaqlayaraq sahənin inkişafına 61 milyard dollar xərcləyib, halbuki ABŞ ekoloji enerji mənbələrinə cəmi 29 milyard dollar sərf edib.
Hesabat müəlliflərinin sözlərinə görə, elm və texnologiyaların inkişafında dünya lideri olan ABŞ 2013-cü ildə bu sahədə öz mövqeyini itirməkdə davam edib. Asiyanın iqtisadiyyatı inkişaf etmiş nəhəng ölkələri birlikdə ABŞ ilə müqayisədə daha çox elmi tədqiqat və təcrübi-konstruktor işləmələri həyata keçirib. İlk növbədə bu sahədə Çin və Cənubi Koreya uğur qazanıb.
2001-ci ildən ABŞ-ın elmi tədqiqat və təcrübi-konstruktor işləmələrində payı 37 faizdən 30 faizədək, Avropanın 26 faizdən 22 faizədək azalıb. Bu arada Asiyanın nəhəng ölkələrinin payı 25 faizdən 34 faizədək artıb. Xüsusilə Çin payını 4 faizdən 15 faizədək artırıb.
"Bloomberg" agentliyinin versiyasına görə, Çin 50 ən innovasiyalı ölkə reytinqində 29-cu yeri tutduğu halda ABŞ birinci yerdə qərarlaşıb. Agentlik ölkələri bir neçə göstərici, o cümlədən elmi tədqiqat və təcrübi-konstruktor işləmələri, məhsuldarlıq, alimlərin və texniki ixtisas məzunlarının sayı, istehsal imkanları, patent fəallığı və yüksək texnologiyalı şirkətlərin digər ictimai təşkilatların sayına nisbəti üzrə qiymətləndirib, - "Lenta www.lenta.ru" yazır.
Baxış sayı: 737
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır