12px13px15px17px
Tarix:08/02/14

Ötən il prokurorluq orqanlarında İKT-nin tətbiqi genişləndirilib

2013-cü ildə prokurorluq orqanlarının fəaliyyəti ilk növbədə qanunla müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrindən irəli gələn vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə, prokurorluğun müasir beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi prosesinin daha intensiv şəkildə davam etdirilməsinə, yeni informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiq olunmasına, bütün fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına yönəlib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri 2013-cü ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Zakir Qaralov səsləndirib.
 
Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin ötən ilin yanvarında imzaladığı “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında  sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluq üzrə təsdiq edilmiş geniş Tədbirlər Planının vaxtında icrası təmin olunmaqla prokurorluqda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırılmasına nail olunub, “Elektron Sənəd Dövriyyəsi Proqramı”nın və “Elektron Cinayət” İnformasiya Proqramının tətbiqi ilə əlaqədar zəruri tədbirlər görülüb.
 
Baş prokuror qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olub.
 
Zakir Qaralov hesabat dövründə prokurorluqda vətəndaşların müraciətləri üzrə işlərin təşkili sahəsində də müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edildiyini vurğulayıb.
 
CAHANGİR



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024