12px13px15px17px
Tarix:08/02/14

Ötən il “Microsoft”un kibercinayətkarlıqla mübarizə bölməsi 7 botneti sıradan çıxarıb

“McAfee” şirkətinin məlumatına görə, kibercinayət və kibercasusluqdan hər il dünya iqtisadiyyatına dəyən zərər ən azı 300 milyard dollar təşkil edir. Hazırda hər beşinci kiçik müəssisə kiberhücuma məruz qalıb.

Bundan başqa, gündəlik 1 milyondan çox istifadəçi haker hücumlarının “qurban”ına çevrilir. “Entrepreneur” resursunun fikrincə, hazırda “Microsoft Cybercrime Center” mərkəzi virtual məkanda botnet, zərərli proqram təminatı və başqa təhlükə formaları ilə mübarizədə ən yüksək texnologiyalı alətdir.
 
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, ixtisaslaşdırılmış “Microsoft Cybercrime Center” mərkəzi “Microsoft”un Redmondakı kampusunda yerləşir və ötən ilin payızında istifadəyə verildiyi andan texniki və hüquq sahələri üzrə ekspertlər komandası virtual məkanda ən ciddi təhdidlərə qarşı daima uğurlu mübarizə aparırlar.
 
Ötən il “Microsoft Digital Crimes Unit” (DCU) bölməsi yeddi əsas botnetin sıradan çıxarılmasını elan etmişdi. Bu arada qeyd edək ki, bölmənin kibercinayətkarlıq üzərində ən böyük uğuru “ZeroAccess” botneti üzərində qələbə olub. “DCU” bölməsinə bu işdə Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssisləri, “Avropol” (Avropa beynəlxalq polis təşkilatı) və sahə üzrə başqa tərəfdaşlar kömək ediblər.
 
Xatırladaq ki, “ZeroAccess” əvvəllər ən böyük işlək botnetlərdən biri olub.
 
Emil Hüseynov
 



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024