12px13px15px17px
Tarix:08/02/14

AMEA-da elektron mühitə çıxış genişləndirilir

Azərbaycan Milli Elmlər Akademiyası  yeni açılacaq Elektron kitabxana kompleksinin resurslarını Azərbaycanın informasiya müharibəsində istifadə edəcəyi vacib vasitə kimi qiymətləndirir.
 
AMEA-nın  rəhbəri Akif Əlizadə "İKT ili"nin yekunlarına həsr olunmuş konfransda çıxışında bildirib ki, yaxın bir ay ərzində kitabxana kompleksi artıq istifadəyə veriləcək.
 
"AMEA-da elm-kompüter şəbəkəsi olan "AzScienceNet"in infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər aparılır. Eyni zamanda, akademiyanın tərkibinə daxil olan institutların yeni internet saytları yaradılıb. Növbəti mərhələdə "Wikipedia" ensiklopediyasının imkanlarının artırılması, elmi  məqalə və kitabların burada əks olunması təmin ediləcək. "Wiki"-mühitdə Azərbaycanla bağlı məlumatlar mütəmadi olaraq yeniləcək ki, onları asanlıqla informasiya müharibəsində istifadə etmək mümkün olsun",- deyə o bildirib.
A.Əlizadənin sözlərinə əsasən, AMEA hazırda multidissiplinar tədqiqatların aparılmasına böyük önəm verir və gələcəkdə onların istifadəsi ilə İKT-nin gələcək inkişafına yönəlməkdə dəstək olmaq niyyətindədir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024