12px13px15px17px
Tarix:08/02/14

Bakıda “Yüksək texnologiyaların materialı - Qrafen. Xassələri, tətbiqləri” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "Yüksək texnologiyaların materialı - Qrafen. Xassələri, tətbiqləri" mövzusunda seminar keçirilib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirin keçirilməsində məqsəd gənc tədqiqatçıların fizika elminin nanotexnologiya sahəsindən məlumatlı olmalarını və bu sahədə elmi biliklərini genişləndirməyi təmin etməkdir.
 
Seminarda innovasiya sektorunun professoru Hüseyn Orucov mövzunun aktuallığından danışıb. O, karbonun çoxatomlu təbəqəsi olan qrafen haqqında məlumat verərək bildirib ki, təbiətdə ən nazik və ən möhkəm material olan qrafen 2004-cü ildə britaniyalı fiziklər A.Geyn və K.Novoslov tərəfindən kəşf olunub. 2010-cu ildə isə alimlər bu ixtiralarına görə "Nobel" mükafatına layiq görülüblər.
 
H.Orucov vurğulayıb ki, 2013-cü ildə qrafenin xassələrini tədqiq etmək məqsədilə İsveçin Çalmers Universitetinin professoru Jare Kenareteyə qrant layihəsi çərçivəsində 1 mlrd. avro ayrılıb.
 
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
 
SEYMUR
 



Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024