12px13px15px17px
Tarix:08/02/14

Azərbaycanın təhsil sistemində virtual təhsil inkişaf etdiriləcək

Azərbaycan Təhsil Nazirliyi bu il virtual təhsilin inkişaf etdirilməsi istiqamətində tədbirlərin görülməsini nəzərdə tutur.

Təhsil naziri Mikayıl Cabbarov "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin yekunları və  ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş  tədbirdə çıxışında bildirib ki, nazirliyin yeni təsdiq edilmiş təhsil strategiyası çərçivəsində təhsil müəssisələrinin İT infrastrukturunun təkmilləşdirilməsi, distant təhsilin tətbiqinin genişləndirilməsi nəzərdə tutulub.

"Azərbaycanda hazırda İKT sahəsində səriştəli kadrların çatışmazlığı hiss edilir. İKT üzrə beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli kadr hazırlamaq, bu prosesə dünyanın aparıcı mütəxəssislərini və universitetlərini aktiv cəlb etmək məqsədilə Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun əsasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığına, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ADA Universiteti yaradılıb.

Düşünürəm ki, digər sahələrdə olduğu kimi, informasiya texnologiyaları sahəsində də ADA Universiteti öz bəhrəsini verəcək, Azərbaycanda İKT üzrə yüksək hazırlıqlı kadrlar yetişdirəcək",- deyə o bildirib.


Aynur Vəliyeva
 



Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024