Tarix:08/02/14
Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.
Tədbir “İKT ili”nin nailiyyətlərini, o cümlədən bu sahədə əldə olunmuş uğurları əks etdirən filmin nümayişi ilə başlayıb.
Daha sonra çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nitqinə “Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında”, həmçinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” respublika prezidentinin sərəncamları ilə başlayıb.
Sərəncamları bütün rabitəçilər adından minnətdarlıqla qarşılayan nazir, İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən inkişafın informasiya texnologiyaları sahəsində də bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını bildirib. 2013-cü ilin dövlət başçısı tərəfindən “İKT ili” elan edilməsinin qazanılan nəticələrə önəmli təsir göstərdiyini, sektorda həyata keçirilən layihələrin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayan Ə.Abbasov bunun bariz nümunəsi kimi 2013-cü ilin 8 fevral tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını qeyd edib.
Nazir kosmik sənaye imkanlarına malik ölkələr siyahısında yer alan Azərbaycanın qazandığı nailiyyətlərin qlobal miqyasda diqqət çəkdiyini də bildirib. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013” hesabatında ölkəmiz “Şəbəkələşmə hazırlığı indeksi”nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Həmçinin Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında növbəti dəfə öz liderliyini qoruyub.
Hesabata əsasən, ölkəmiz 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb. Azərbaycanda internet azadlığı və ondan sərbəst istifadə imkanlarının genişləndirilməsinə toxunan nazir bu sahədə fəaliyyətin gələcəkdə də inkişaf etdiriləcəyini bildirib.
Bu baxımdan “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin gerçəkləşəcəyini qeyd edən Ə.Abbasovun sözlərinə görə, layihə ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutur. Layihənin məqsədi ucqar kənd yaşayış məntəqələrini 30 Mbit/s, şəhərləri 100 Mbit/s həddində sürətli internetlə təmin etməklə, ümumilikdə genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır.
İKT sahəsi üzrə digər prioritetlərin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında yer aldığını, konsepsiyaya əsasən, sektorun üzərinə böyük vəzifələrin düşdüyünü deyən nazir qarşıdakı hədəflərdən söz açıb. Belə ki, növbəti illərdə də şəbəkə infrastrukturunun inkişafı, hər bir vətəndaşın yüksəksürətli genişzolaqlı optik və simsiz şəbəkələrə çıxışının təmin edilməsi, yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, innovativ və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalının genişləndirilməsi, texnoparkların yaradılması nəzərdə tutulur.
Həmçinin ölkə əhalisinin elektron xidmətlərdən istifadə səviyyəsinin 100 faizə qaldırılması, kibertəhlükəsizliyin gücləndirilməsi, elektron kontent, elektron kommersiya, e-bankçılıq, elektron elmin inkişaf etdirilməsi və s. istiqamətlər də sahə üzrə müəyyənləşən əsas hədəflərə daxildir. Artıq ənənəvi iqtisadiyyatı geridə qoyaraq biliklər iqtisadiyyatına keçid edən Azərbaycanda yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması üçün “Qızıl üçbucaq”, o cümlədən insan resursları, maliyyə və mühitin formalaşmasının vacibliyinə də toxunan Ə.Abbasov ölkədə bunun üçün güclü potensialın olduğunu vurğulayıb.
Daha sonra çıxış edən AMEA prezidenti Akif Əlizadə milli peykin orbitə çıxarılmasını ölkəmizdə elmi şüurun, texniki imkanların, həmçinin dövlətin texniki tərəqqisi kimi qiymətləndirib. “Azerspace-1”-in Azərbaycan elmi, həmçinin elmi tədqiqatların aparılması üçün geniş imkanlar yaratdığını deyən akademik İKT sahəsində aparılan digər işlərə də toxunub. “İKT ili”ndə diqqətəlayiq tədbirlərin həyata keçirildiyini deyən AMEA prezidenti bu sahədə işlərin növbəti illərdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
İnformasiya cəmiyyətində kadr potensialının yetişdirilməsinə toxunan təhsil naziri Mikayıl Cabbarov isə İKT savadlılığının vacibliyindən söz açıb. Bu baxımdan bütün sahələrdə müasirləşmə konsepsiyasının irəli sürüldüyünü deyən nazir təhsil və İKT yanaşmasının vacib istiqamət olduğunu diqqətə çatdırıb. İnkişaf etmiş ölkələrin təcrübəsində təhsilin əsas yer aldığını deyən nazir konsepsiyada biliklər iqtisadiyyatına keçidin təhsil sisteminin kökündən dəyişdirilməsinin zəruriliyini qeyd edib. M.Cabbarov təhsilin informasiyalaşdırılmasının bundan sonda da davam etdiriləcəyini bildirib.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev həyata keçirilən İKT əsaslı layihələrdən söz açıb. “İKT ili” çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə İKT-nin inkişafına yönəlmiş elmi tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşməsi üzrə müsabiqələrin keçirildiyini deyən E.Babayevin sözlərinə görə, birgə müsabiqədə 29 qalib layihə müəyyənləşdirilib.
Tədbirdə “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqələrinin qaliblərinə sertifikatlar təqdim edilib. Həmçinin ilk milli peykin layihələndirilməsi, hazırlanması, orbitə buraxılması, istismarı, eyni zamanda “İKT ili” ərzində göstərdikləri xidmətə görə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə bu sahədə çalışan bir sıra əməkdaşlar Fəxri fərmanlarla təltif ediliblər. Tədbirin sonunda konfrans iştirakçıları adından prezident İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
Həqiqət İSABALAYEVA
“İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş konfrans keçirilib
Bu gün Bakıda 2013-cü il - “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş böyük konfrans keçirilib.Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.

Baxış sayı: 1236
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı